Şamaxıda qarpızla dolu yük maşını dərəyə aşıb

14:30 | 29.06.2024
Şamaxıda qarpızla dolu yük maşını dərəyə aşıb

Şamaxıda qarpızla dolu yük maşını dərəyə aşıb

Şamaxıda yol qəzası baş verib.

Azərtac xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.
Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb