Qazaxda saxlanılan erməni danışdı - VİDEO

09:18 | 27.08.2014
Qazaxda saxlanılan erməni danışdı - VİDEO

Qazaxda saxlanılan erməni danışdı - VİDEO

“Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər”.Qazaxın Kəmərli kəndində hərbçilərimiz tərəfindən  erməni millətindən olan bir nəfər yaxalanıb. Bu barədə məlumatı musavat.com saytı yayıb. Məlumata görə, 53-54 yaşlı kişi Kəmərli sakini Adıgözəl Dursunovun  həyətində tutulub. Virtualaz.org xəbər verir ki, məlumatda əlavə olaraq bildirilir: “Azərbaycanda tutulan erməni 53-54 yaşlı kişidir. O, həbs olunan zaman yerli sakinlərə deyib ki, Ermənistanda həyat səviyyəsi aşağıdır, yaşaya bilmirlər, bu səbəbdən də Azərbaycana qaçıb. Onun sözlərinə görə 3-4 nəfər erməni də Azərbaycana kecmək ücün qərarlıdır və bir neçə gün ərzində imkan düşən kimi, onlar da Azərbaycana keçəcəklər. O deyib ki, Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər. Erməninin adı,soyadı dəqiqləşdirilir.”Saytın müxbirini əsir götürülən erməniyə yaxın buraxmayıblar. Adıgözəl Dursunov bildirib ki, özü Kəmərli kənd icra nümayəndəsidir. Ermənini də hərbçilər tutduqdan sonra qısa müddətə kənd icra nümayəndəliyinə gətiriblər. 20 dəqiqəyə yaxın bir müddətdə əsir erməni onun otağında olub. Daha sonra hərbçilər onu aparıblar. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM