Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də muğam axşamı keçirildi.AzərTAc xəbər verir ki, konsertdə Əməkdar Artist, Prezident mükafatçısı Səbuhi İbayev, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva, “Muğam – Televiziya müsabiqəsi 2011”in qalibi Səbinə Ərəbli, istedadlı xanəndə Sərxan Bünyadzadə çıxış etdilər.Ümumilikdə 1000-dən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyaları və bəstəkarlarımızın əsərləri səsləndirildi.Muğam ifaçılarını Əməkdar Artist Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Mehman Nuriyev (balaban), Səfa Kərimov (ud), Emin Cəbrayılov (nağara), Çinarə Mütəllibova (qanun) müşayiət edirdilər.Xanəndələrin ifasında “Segah”, “Cahargah”, “Dilkəş”, “Şüştər”, “Bayatı-Şiraz” təsnifləri, eləcə də “Qaragilə”, “Xumar oldum”, “Mənim Azərbaycanım” mahnıları, “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən heyranlıqla qarşılandı.Avqustun 1-dək davam edəcək musiqi bayramında görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər iştirak edir.ANN.Az