Qərb Ermənistan və Azərbaycanı Rusiyadan “qoparmaq” istəyir - Rusiya XİN

14:27 | 03.07.2024
Qərb Ermənistan və Azərbaycanı Rusiyadan “qoparmaq” istəyir - Rusiya XİN

Qərb Ermənistan və Azərbaycanı Rusiyadan “qoparmaq” istəyir - Rusiya XİN

Qərb Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməklə onları Rusiya ilə əməkdaşlıqdan qoparmaq istəyir. TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.

Müvafiq sualı cavablandıran diplomat bildirib ki, bu, amerikalıların "öz dağıdıcı təsirlərini" dünyanın bütün regionlarına yaymaq cəhdlərinin növbəti nümunəsidir.
 
"Vaşinqton bizim dostlarımızı və qonşularımızı Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmaq vəzifəsini qarşısına qoyub", - o əlavə edib.

"Regionun spesifikasını  dərk etməyən avroatlantika blokunun üzvlərinin sırımaq istədiyi reseptlər Cənubi Qafqazın yenidən bölünməsinə  səbəb ola bilər ki, bu da nəinki bölgənin, həmçinin ümumi Avroasiyanın təhlükəsizlyi üçün dağıdıcı  nəticələrə səbəb ola bilər. Ümid edirik ki, İrəvan və Bakı bunu yaxşı başa düşür”, - Nastassin bildirib.

İyulun 1-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı və ABŞ səfirlərinin, beynəlxalq və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi "Erməni Demokratik Forumu”nun iclasında deyib ki,  Avropa Birliyinə daxil olmaq üçün referendumun keçirilməsini məqsədəuyğun saymır, lakin Ermənistan xalqının Avropa istəkləri var. 

Mayda Paşinyan Kopenhagen Demokratiya Sammitində müzakirələr zamanı bəyan edib ki,  ölkə hakimiyyəti bu il Avropa Birliyinə üzv olmaq istəyir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya Brüsseldə "Ermənistan-ABŞ-Aİ” formatında görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhd kimi qiymətləndirir.

Əvvəllər Paşinyan fon der Leyen və Blinkenlə məsləhətləşmələri yüksək qiymətləndirib.
  
Azərbaycan və Ermənistan iyulda keçiriləcək NATO sammitinə dəvət olunublar. Bunu Bakıda keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibinin köməkçici James O`Brayn da vurğulayıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti