Qərb Rusiyanı İrana nüvə texnologiyasını ötürməkdə ittiham edib

11:30 | 17.09.2024
Qərb Rusiyanı İrana nüvə texnologiyasını ötürməkdə ittiham edib

Qərb Rusiyanı İrana nüvə texnologiyasını ötürməkdə ittiham edib

Böyük Britaniya və ABŞ Rusiyanın ballistik raketlərin müqabilində İrana nüvə texnologiyası ötürə biləcəyindən narahat olduqlarını bildirib.  Bu barədə bloomberg məlumat verib.
 
Bu məsələ Böyük Britaniyanın baş naziri Key Starmer və ABŞ prezidenti Co Baydenin görüşü zamanı  qaldırılıb.

Görüşdə İranın nüvə silahı yaratmaq üçün uranı zənginləşdirmək istəyi fonunda Qərbdə narahatlığa səbəb olan Moskva ilə Tehran arasında artan hərbi əməkdaşlıq müzakirə olunub.

Keçən həftənin əvvəlində ABŞ dövlət katibi Entoni Blinken də Londona səfəri zamanı britaniyalı həmkarı Devid Lammi ilə görüşərkən oxşar narahatlığı dilə gətirib.
 
Blinken, xüsusilə, Rusiya və İran arasında əməkdaşlığın ikitərəfli xarakter daşıdığını və texnologiyaların, o cümlədən nüvə, eləcə də kosmik məlumatların mübadiləsini əhatə etdiyini bildirib. 
 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, 2022-ci ilin payızında Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyinə dair real risk var idi.
 
Börns əlavə edib ki, 2022-ci ilin sonunda o, Türkiyədə Rusiya kəşfiyyatının rəhbəri Narışkinlə görüş keçirib və orada rusiyalı rəsmi mümkün nüvə zərbəsinin nəticələri ilə hədələyib. O, eskalasiya risklərini nəzərdən qaçırmamağa, eyni zamanda Kremli kimisə qorxutmasına imkan verməməyə çağırıb
 
"Putin quldurdur, silahları ilə səs-küy yaratmağa davam edəcək",  -  Börns vurğulayıb.
 
N.Təbrizli 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM