ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, müalicəsi bəlli olmayan QİÇS-ə yoluxma və ondan ölüm halları hər il çoxalır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 10 dəqiqədə bir adam QİÇS-ə yoluxur. Sindrom dünyada 40 milyondan çox insana yoluxub, 25 milyon adam isə bundan həyatını itirib. Xəstəliyin müalicəsi hələ ki yoxdur, amma müəyyən müalicə üsulları ilə xəstəliyə səbəb olan virusu dayandırmaq mümkündür, amma orqanizmdən tamamilə çıxarmaq, təmizləmək mütəxəssislərə nəsib olmayıb. Virus orqanizmdən tamamilə təmizlənmədiyinə görə, fürsət düşən kimi, digər infeksiyalarla birləşərək orqanizmi çökdürür.
Digər xəstəliklər kimi, QİÇS-in də ən əhəmiyyətli tərəfi erkən diaqnozun qoyulmasıdır. Təəssüf ki, xəstəlik 1 ildən 11 ilədək özünü biruzə vermir, gizlin qala bilir. Bu müddət ərzində heç bir əlaməti ilə özünü biruzə verməsə də, HİV infeksiyasının ilk işartəları ağız boşluğunda görsənə bilər. Mantar infeksiyası adlanan əlamət rahatsızlıq verməyə başlayar. Güclə udqunma və dad duyğusunun itirilməsi müşahidə edilə bilər. Daha sonra isə tez-tez təkrarlanan diş əti qanamaları, diş əti iltihabı və preiodontal xəstəliklər üzə çıxa bilər. HİV infeksiyasına yoluxanların əksəriyyəti bu ilkin əlamətlərə diqqət yetirmirlər.
Müasir dövrdə QİÇS ölümcül deyil, xroniki xəstəlik kimi qəbul edilir. O, bütün həyatınız boyunca sizi müşayiət edən bir xəstəlik kimi tanınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !