Bu qiymət artımına ehiyac var idimi? Onsuz da əhali yanacağın bahalığından narahat idi. Bəs yeni qiymət artımı onlar tərəfindən necə qarşılanacaq? Niyə məhz əhalinin ən çox istifadə etdiyi yanacaq növləri Aİ-92 və dizel yanacağı qaldırıldı? Dünya ölkələrinin bəzilərində - Türkiyədə, Gürcüstanda, hətta ABŞ-da benzinin qiyməti ucuzlaşdığı halda Azərbaycanda bunun əks prosesi baş verməsi nə ilə əlaqədardır? Bu sualları ANN.Az -a yol qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov cavablandırıb.
Tarif Şurasının dünənki qərarını şərh edən Ərşad Hüseynovun sözlərinə görə, iqtisadi baxımdan yanacağa yol vergisinin tətbiq edilməsi hökümətin itirmək istəmədiyi 60-70 milyon manatı əldə etdiyinin göstəricisidir: "Yol vergisinin ləğv edilib onun yanacağa tətbiq olunması prosesində dövlət büdcəsin üçün heç bir dəyişiklik olmadı. Benzinin qiyməti 0,02 qəpik bahalaşdı və bunun təsiri özünü bütün sahələrdə göstərəcək. Yəni ölkədə qiymət artımları olacaq".
Ə.Hüseynov bu yaxınlarda ANN.Az-a verdiyi açıqlamada yanacağın qiymətinin artacağı haqqında açıqlama vermişdi. Həmin müsahibədə dediklərini xatırladan ekspert bir daha vurğulayıb ki, əslində bu qiymət artımı olmayada bilərdi: "Əhalinin ən çox istifadə etdiyi yanacaq növlərinin qaldırılması məsələsinə gəldikdə, hökümət özü qiymətləri tənzimləyir və bu səbəbdən də Aİ-92 markalı benzin və dizel yanacağının qiyməti artırdı. Tarif Şurası digər yanacaq növü olan sıxılmış qazın topdan satış qiymətini tənzimləyir, pərakəndə satışını tənzimləmir. Bu yanacaq növü digər yanacaq növlərinə nisbətən populyar deyil. Benzinin digər markalı olan yüksək oktanlı 95 və 98 markalı benzinlərin qiymətini isə sərbəstləşdiriblər. Bu markalı benzinlərin qiymətini artıq Tarif Şurası tənzimləmir. Tarif Şurası 3 yanacaq növünün qiymətinin tənzimləyir - Aİ-92 benzin markasını, dizeli və sıxılmış qazı. Əhali arasında yanacağın qiymətinin qaldırılması ən azı məyusluğa səbəb olacaq. Çünki əhali yanacağın qiymətinin endirilməsini gözləyirdi, artmasını yox".
Ə.Hüseynov ölkədə müəyyən istehlak mallarının qiymətlərində artım olacağını proqnozlaşdırır: "Hətta o cümlədən sərnişin daşıma sistemində də artım olacağı gözlənilir. Cəmiyyət qiymət artımını heç vaxt xoş qarşılamayıb. Yəqin ki 1-2 ay müddətində, o psixoloji maneə aşılacaq. Yəni cəmiyyət bunu qəbul edəcək.
Yanacağın qiymətinin artması ölkədə digər sahələrdə də qiymət artımına səbəb olacaq. İlk öncə yük daşıma şirkətləri Tarif Şurasına müraciət edəcək ki, yanacağın qiyməti qalxıb, xərclər çoxalıb və nəticədə onlar qiymətlərin artırılmasını istəyəcəklər. Bundan başqa qiymət artımı özünü digər sahələrdə də göstərəcək".
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !