• $
  • £

Qobustanda yeni kənd həkimi məntəqəsi yaradılıb

Qobustanda yeni kənd həkimi məntəqəsi yaradılıb
22.05.2024 18:01
Qobustanın Ərəşşalbaş kəndində yeni kənd həkimi məntəqəsi istifadəyə verilib. Bu barədə TƏBİB-dən bildirilib. 
 
Məntəqənin açılış mərasimində TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Qobustan Rayon İcra Hakimiyətinin başçısının birinci müavini Məharət Əkbərov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadə, o cümlədən rayon ictimaiyyəti və tibb işçiləri iştirak edib.

Xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadənin şəxsi vəsaiti ilə tikilən yeni kənd həkim məntəqəsi 243 kv. sahənin əhatə edir və ümumilikdə 7 otaqdan ibarətdir. Məntəqədə müdir, həkim, peyvənd, manipulyasiya, qeydiyyat, texniki və müayinə otaqları var.
 
Yeni kənd həkim məntəqəsinin açılışında iştirak edən TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov çıxışında bildirib ki, ölkədə əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində dövlət tərəfindən davamlı mühüm tədbirlər həyata keçirilir. Bu sahəyə ayrı-ayrı şəxslərin dəstəyinin də vacibliyini qeyd edən N.Rəhmanov şəxsi vəsaiti hesabına kənd həkim məntəqəsini inşa etdirən Ə.Mollaalmazzadəyə minnətdarlığını bildirib.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova bölgələrdə və ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb. O, yeni tikilən kənd həkim məntəqəsinin Ərəbşalbaş kəndinin sakinlərinin sağlamlığına töhfə verəcəyinə, məntəqə vasitəsilə tibb işçilərinin kənddə ilkin səhiyyə xidmətlərini daha yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
CIA-dan sonra general da Kubaya getdi
Cəmiyyət 14:31
CIA-dan sonra general da Kubaya getdi
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb
Cəmiyyət 12:10
Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb
Dünəndən bəri Bakıda 41 ağac sınıb
Cəmiyyət 11:32
Dünəndən bəri Bakıda 41 ağac sınıb
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Cəmiyyət 10:49
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Cəmiyyət 09:40
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bu şəxslərə sosial media qadağan edildi - Bu ölkədə
Cəmiyyət 09:17
Bu şəxslərə sosial media qadağan edildi - Bu ölkədə
Bakıda və Abşeron yarımadasında dolu gözlənilir
Cəmiyyət 23:19
Bakıda və Abşeron yarımadasında dolu gözlənilir
Yağışlı hava ilə bağlı BDYPİ-dən xəbərdarlıq
Cəmiyyət 23:00
Yağışlı hava ilə bağlı BDYPİ-dən xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol