Yağışlı hava ilə bağlı BDYPİ-dən xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 60-cı kilometrliyində güclü küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət hissəsinə aşıb.
Məlumata əsasən, hadisə yerinə cəlb olunan Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür və nəqliyyatın hərəkəti tənzimlənir.
BDYPİ küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq sürücülərə ehtiyatlı olmağı, texniki nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, həmçinin ötmə və manevr qaydalarına ciddi əməl etməyi tövsiyə edib.