Hindistanda insanlar koronavirusdan həyatını itirən yaxınlarını dəfn etmək əvəzinə, onları çay yatağında basdırıblar.
"Ölkə.az” xarici KİV-ə istinadən xəbər verir ki, çayın səviyyəsinin qalxmasından sonra basdırılmış cəsədlər suyun üzünə çıxıb. Rəsmi qurumların əməkdaşları su üzünə çıxmış cəsədlərin toplanmasına başlayıb.
Ötən ay da Kause şəhərindəki su yatağında onlarla cəsədin üst-üstə yığılması aşkar edilmişdi. Dövlət qurumları bildirir ki, insanlar yaxınlarının cəsədini yandırmaq üçün imkanları olmadığından onları bu üsulla dəfn etməyə çalışıblar.
Qeyd edək ki, aprel-may aylarında Hindistanda koronavirusa yoluxma və ölüm halları maksimuma çatmışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !