Qoşqar Təhməzli məktəb və bağçalarda qida təhlükəsizliyindən danışıb

12:33 | 14.09.2023
Qoşqar Təhməzli məktəb və bağçalarda qida təhlükəsizliyindən danışıb

Qoşqar Təhməzli məktəb və bağçalarda qida təhlükəsizliyindən danışıb

2023-cü ildən bütün məktəb və bağçalarda qida təhlükəsiziliyinin tətbiqinə başlanılacaq. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Elm və Təhsil Nazirliyi ilə birgə həmin qurumun tabeliyində olan bütün müəssisələrdə xüsusi təlim və proqramlar həyata keçirəcək

"Keyfiyyətə nəzarət menecerlərinə xüsusi təlimlər keçiriləcək. Məhsulların daşınması, saxlanılması, satışı təlimlərinə xüsusi nəzarət prinsipləri tətbiq edilir. Düşünürəm ki, bu, gələcəkdə təhsil müəssisələrində qidalanma ilə bağlı meydana çıxan neqativ halların qarşısını alacaq”, - Təhməzli bildirib. 
 
Bundan əvvəl Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev açıqlamasında deyib ki, Bakının 3 rayonu, Bərdə, Gəncə və Mingəçevirdə bağçalarda isti yeməklərin verilməsi ilə bağlı hazırda pilot layihə həyata keçirilir.
 
O bildirib ki, layihə uğurlu olarsa digər bağçalarda da isti yeməklırin verilməsinə başlanılacaq.
 
Ölkədə 1825 uşaq bağçası var. Onlardan 1692-i dövlətə məxsusdur. Orada 126 mindən çox uşaq tərbiyə alır. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti