Beynəlxalq Əlaqələr Departamenti bütün beynəlxalq LSE ictimaiyyəti ilə birlikdə, Dr. Qubad İbadoğlunun Azərbaycanda həbsindən dolayı dərin narahatdır. Bu barədə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi məlumat yayıb.
"Dr. İbadoğlu yaxşı idarəçilik, şəffaflıq və akademik ciddiliyə sadiqliyi ilə beynəlxalq miqyasda tanınır və Departamentdə Baş Qonaq Professor kimi LSE-nin akademik cəmiyyətinin çox hörmətli üzvüdür”, - deyə açıqlamada bildirilir.
LSE həmçinin bildirib ki, iddia edilən zorakılıq xəbərləri və Qubad İbadoğlunun həbsindən narahatdırlar və təcili tibbi yardıma ehtiyac olduğunu bildiklərini də qeyd ediblər.
"Azərbaycan hakimiyyəti öz konstitusiyalarına və beynəlxalq öhdəliklərinə sadiqlik nümayiş etdirərək, Dr. İbadoğlunu dərhal azadlığa buraxmağa çağırırıq. Biz həmçinin Dr. İbadoğlunun səhhətinin izləndiyini və onun dərmanlara tam çıxışının olduğunu tez bir zamanda təsdiqləmək istəyirik. Biz akademik azadlığı və ifadə azadlığını dəstəkləyən hər kəsi doktor İbadoğlunun təhlükəsiz azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə edilən bu təcili müraciətə qoşulmağa çağırırıq”.
Rabia Hale Seferoğlu
Bizi sosial şəbəkələrdə izləyin !