İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsini pisləyir, onun azad olunmasını tələb edən bəyanat yayıb.
"Qubad İbadoğluna qarşı irəli sürülən ittihamlar əsassız və qərəzlidir, onun həbsi uzun illər ərzində hakimiyyətin dərin korrupsiyaya uğramış idarəetməsini, sosial-iqtisadi siyasətini tənqid edən mövqeyi, ictimai-siyasi fəaliyyəti ilə birbaşa bağlıdır. Qubad İbadoğlu ölkənin tanınmış ictimai-siyasi xadimlərindən biri olaraq, dünyada ölkəmizi layiqincə təmsil edən iqtisadiyyat üzrə alimdir. O, London İqtisadiyyat Məktəbi (LSE), ABŞ-ın Duke və Ratqers (Rutgers) kimi dünyanın nüfuzlu universtetlərinin professoru olmaqla yanaşı, şəffaflıq üzrə ekspert alim qismində MHŞT kimi dünyanın nüfuzlu təşkilatının Beynəlxalq İdarə Heyətinin üzvü olaraq uzun illər ölkəmizi ləyaqətlə təmsil edib. Bütün bunları nəzərə alaraq, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası olaraq tanınmış ictimai-siyasi xadim, iqtisadiyyat üzrə alim, professor Qubad İbadoğlunun həbsini pisləyir və dərhal azad olunmasını tələb edirik", - bəyanatda qeyd olunub.
Bəyanatda yazılıb ki, Qubad İbadoğlu və
polis tərəfindən saxlanılarkən onunla birlikdə olan və 7 saat müddətində BMCMİ-də
saxlanılan həyat yoldaşı polis tərəfindən xüsusi amansız zorakılığa və
qeyri-insani rəftara məruz qalmış, müxtəlif dərəcəli bədən xəsarəti və
psixoloji travma alıb.
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası hesab edir ki, Azərbaycan qoşulduğu Avropa
İnsan Haqları Konvensiyasının 3-cü maddəsinin tələblərini (Heç kəs işgəncəyə,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır)
kobud şəkildə pozub.
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Gülnar
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !