Qubad İbadoğlunun həbsinə görə Azərbaycanı sanksiyalar gözləyirmi? - İDDİA

17:26 | 09.08.2023
Qubad İbadoğlunun həbsinə görə Azərbaycanı sanksiyalar gözləyirmi? - İDDİA

Qubad İbadoğlunun həbsinə görə Azərbaycanı sanksiyalar gözləyirmi? - İDDİA

Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. Gültəki Hacıbəyli bildirir ki, bu ölkələr Qubad İbadoğlunun həbsinə görə Azərbaycana qarşı sanksiyalar qəbul edə bilər.  
 
"Qubad İbadoğlunun həbsi o qədər sıradan olmayan bir hadisədir ki, buna beynəlxalq resksiyanında sıradan olmayacağını ehtimal edirəm və ehtimallarım da son günlər özünü doğruldur. Qubad bəy dünya şöhrətli bir alimdir. Belə bir bir insanın şərlənib həbs olunması təbii ki, beynəlxalq təşkilatlar tərəfindən sərt reaksiya ilə qarşılanmalı idi. Heç də təsadüfi deyil ki, Qubad bəy həbs olunduqdan dərhal sonra ABŞ-ın Dövlət Departamenti və Azərbaycandakı səfirliyi sasəviyyəsində buna etiraz edildi. Eyni zamanda Avropa Birliyi Qubad bəyin təcili azad edilməsi tələbi ilə çıxış etdi. Daha sonra Bakıda akkreditasiya olunmuş ABŞ, Böyük Britaniya, Almaniya və Fransa səfirlərinin bu barədə birgə bəyanatı yayıldı. Son bir neçə gündə isə artıq bu məsələ dünya mediasına çıxıb. Dünya demokratiyasının mərkəzi olan məşhur Washington Post qazetində Qubad bəyin başına gətirilənlər baş məqalə olaraq təqdim olunub. Bütün bunlardan aydın olur ki, Qubad bəylə bağlı ittihamları beynəlxalq ictimaiyyət qəbul etmir və bu ittihamların absurd olduğunu yazır. Unutmaq olmaz ki, indiki vəziyyətdə Azərbaycanın Qarabağ məsələsi ilə bağlı ciddi problemi var. Hal-hazırda erməni lobbisi də Azərbaycana qarşı sanksiya məsələlərini gündəmə gətirməyə çalışır. Bu baxımdan Qarabağla bağlı nizamlanmanın gərgin mərhələsində, bir çox güclərin Azərbaycana Qarabağla bağlı təzyiq etdiyi, orada yaşayan ermənilərə hansısa statusun verilməsi və ya onların hüquqlarının və azadlıqlarının qorunması üçün əlavə təminatların istənildiyi, eyni zamanda Azərbaycanın Qarabağda yaşayan ermənilərin təminatçısı bizik, onların hüquq və azadlıqlarına biz təminat veririk dediyi bir vaxtda, bir ölkənin ən nüfuzlu, dünya səviyyəsində tanınan ziyalı birinin başına gətirilənlər heç də Azərbaycanın maraqlarına xidmət etmir. Hətta Azərbaycanın Qarabağla bağlı olan maraqlarına çox ciddi zərbə vurur. Qubad bəyin ətrafında baş verənləri Azərbaycanın Qarabağla bağlı olan mövqeylərinə qarşı bir təhdid kimi dəyərləndirirəm. Qubad bəy humanitar əsaslarla ev dustaqlığına buraxılmalıdır. Çünki, Qubad bəyin səhhətində ciddi problemlər var. Bu problemlərin də dərinləşməsi, onun səhhətinə vurulacaq qarşısıalınmaz ziyan heç şüphəsiz ki, Azərbaycana qarşı sanksiya məsələlərinin şansını artıracaq", - Hacıbəyli vurğulayıb.

Millət vəkili Elman Nəsirovun sözlərinə görə, Qubad İbadoğlunun həbsi ilə əlaqədar Azərbaycana qarşı sanksiya iddiaları tamamilə əsassızdır.

"Qubad İbadoğlunun həbsi heç bir halda siyasi motivlərlə bağlı deyil ki, bu və ya digər beynəlxalq təşkilatlar  Azərbaycanı sanksiya ilə hədələsin. Bu gün ən demokratik ölkələrin həbsxanalarında belə kifayət qədər məhbuslar var. Sadəcə onlar ona görə demokratik sayılırlar ki, onlar konkret cinayət əməlinə görə saxlanılıblar. Bu məntiqlə yanaşsaq görərik ki, Qubad İbadoğluda konkret cinayət əməlinə görə saxlanılıb və istintaq prosesi hələ də gedir. İstintaqın gedişində yeni-yeni detallar da üzə çıxa bilər. Yalnız istintaqın nəticələrindən asılı olaraq bu və  ya digər qiymətləndirməni aparmaq olar. İstintaq getdiyi bir vaxtda Azərbaycanı hər-hansı bir dövlət ittiham edirsə, bu, artıq beynəlxalq hüquqa ziddir və ozünü demokratik hesab edən dövlət məhkəmənin yekun qərarını gözləmədən bu və ya digər dövlətə qarşı ittiham irəli sürə bilməz. Bu məqamda Azərbaycana qarşı sanksiyalar qəbul edilməzdir. Kimlərsə belə bir iddialarla çıxış etsə də,  bunun heç bir prespektivi yoxdur”, - deputat vurğulayıb.  

Siyasi şərhçi Azər Qasımlı da yaxın vaxtlarda bu məsələ ilə əlaqədar Azərbaycana qarşı hər-hansı bir sanksiyanın olacağına inanmır, hökumətin onun azadlığa buraxılması  ilə bağlı addımlar atacağına ümid edir.
 
"Qubad İbadoğlunun həbsi Azərbaycan iqtidarı  tərəfindən böyük bir səhv idi. Elm adamını, tanınmış bir şəxsi həbs etməyin özü cəmiyyətə qarşı bir cinayətdir. Eyni zamanda bu bir siyasi səhvdir. Çünki, Qubad İbadoğlunun birmənalı olaraq Azərbaycan cəmiyyətində müsbət obrazı var. Digər tərəfdən də Qubad bəy xaricdə, qərb universitetlərində dərs deyib və orada da çox yaxşı tanınır. Bu baxımdan bu həbs Azərbaycan iqtidarı üçün yanlış idi. Təbii ki, hansısa bir mərhələdə sanksiyalar mövzusu da gündəmə gələ bilər. İndiki mərhələdə bu sanksiyaların olacağını gözləmirəm. Məncə daha çox qapalı qapılar arxasında   və yaxud diplomat kanallar vasitəsi ilə Azərbaycan iqtidarı ilə danışıqlar aparırlar və Qubad bəyin həbsinin yanlış olduğunu, eyni zamanda azadlığa buraxılması fikrini çatdırmağa çalışırlar. Müəyyən bir zaman keçdikcə də biz bunun şahidi olacayıq. Əgər bu olmasa, sanksiyalar mövzusu da gündəmə gələ bilər. Bu səviyyəyə gəlib çıxdığı zaman Azərbaycan iqtidarının lazımı addımları atacağını düşünürəm. Çünki, biz eynisini vaxtı ilə Xədicə İsmayıl və Mehman Əliyev ilə bağlı olan məsələdə gördük. O zaman Azərbayacn iqtidarı geri çəkildi. Eynisini Qubad İbadoğlu ilə də bağlı görə bilərik”, - o deyib.
 
Qubad İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Azərbaycandakı bir sıra siyasi şərhçilər bildirirlər ki, Qubad İbadoğlunun həbsi Azərbaycana qarşı müxtəlif sanksiyaların qoyulması ilə nəticələnə bilər.
 
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
 
Qubad İbadoğlu isə ittihamları qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamların hamsısnı saxta adlandrıb.
  
Eltac Nurullazadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM