Qubad İbadoğlunun müdafiəsi üçün müdafiə komitəsi yaradılıb

15:59 | 25.07.2023
Qubad İbadoğlunun müdafiəsi üçün müdafiə komitəsi yaradılıb

Qubad İbadoğlunun müdafiəsi üçün müdafiə komitəsi yaradılıb

Azərbaycan Demokratik Rifah (ADR) partiyasının sədri, barəsində 3 ay 26 gün həbs qəti imkan tədbiri seçilən Qubad İbadoğlunun müdafiəsi məqsədi ilə 21 nəfərdən ibarət müdafiə komitəsi yaradılıb və  işçi quruplarının üç istiqamətdə işləməsi barədə qərar qəbul olunub. Bunu ADR partiyasının təşkilati məsələlər üzrə sədr müavini Ədalət Yusubov deyib.
 
"Qubad İbadoğlunun həbsi qanunsuzdur və tezliklə onun azadlığı çıxması üçün əlimizdən gələni edəcəyik.Onun müdafiəsi üçün 21 nəfərdən ibarət müdafiə komitəsi yaradılıb və  işçi quruplarının üç istiqamətdə işləməsi barədə qərar qəbul olunub",  - Ədalət Yusubov bu gün İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin ofisində keçirilən mətbuat konfransında bildirib. 
 
Qubad İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
 
Eltac Nurullazadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM