Qumarda udduğu 300 min dolları taksidə qoyub getdi

11:16 | 25.12.2013
Qumarda udduğu 300 min dolları taksidə qoyub getdi

Qumarda udduğu 300 min dolları taksidə qoyub getdi

ABŞ-da taksi sürücüsü maşınında sərnişin tərəfindən unudulmuş 300 min dollar məbləğində pulu sahibinə qaytarıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məluamta görə, həmin insan 300 min dolları kazinoda qumarda udub.Sürücü Cerardo Qamboa bazar ertəsi günü bir müştərini düşürüb,o biri müştərini aparanda pulu arxa oturacaqda, paketin içində tapıb. “Siz mənim şahidimsiniz”, deyə sürücü sərnişinə deyib və dispeçerə xəbər verib. Pulun sahibi tapılanda, polis pulu sahibinə geri qaytarıb. Nəqliyyat şirkəti Qamboanı “İlin sürücüsü” adı verib və onu 1000 dollar məbləğində pul ilə mükafatlandırıb. Bundan başqa sürücüyə restoranda 2 nəfərlik şam yeməyinin də xərcini ödəyib. Sürücü: “Mən sadəcə xeyirxahlıq etmək istəmişdim”, - deyə bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM