"Azərbaycandakı doğum evlərində qeysəriyyə əməliyyatları artıb" - Səhiyyə Nazirliyi

15:40 | 25.04.2014
"Azərbaycandakı doğum evlərində qeysəriyyə əməliyyatları artıb" - Səhiyyə Nazirliyi

"Azərbaycandakı doğum evlərində qeysəriyyə əməliyyatları artıb" - Səhiyyə Nazirliyi

“Təəssüf ki, əhali arasında məhz qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşların daha təhlükəsiz olması fikri yayılıb”.Bunu Modern.az-a Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, bəzi özəl tibb müəssisələrində cərrahi doğuşlara ciddi  göstəriş olmadıqda belə, hamilə olan qadının təkidi ilə əməliyyat icra olunur.“Bu da cərrahi doğuşların artması uşaqlığında çapıq olan qadınların artmasına və nəticə etibarı ilə təkrar qeysəriyyə kəsiyi əməliyyatlarının sayının artması ilə nəticələnir”.L. Məmmədovanın sözlərinə görə, müasir dövrdə bütün ölkələrdə qeysəriyyə əməliyyatlarının tezliyinin artımı müşahidə olunur:“Bu, müxtəlif ölkələrdə doğuşların 5-50 faizini təşkil edir. Azərbaycanda qeysəriyyə əməliyyatları 2006-cı ildə – 7,45, 2010-cu ildə – 15,5, 2011-ci ildə – 19,3, 2013-cü ildə ilkin nəticələrə görə, 20,6 faiz təşkil edib. Bu göstərici Səhiyyə Nazirliyinin tabeliyində olan doğuşayardım müəssisələrində və idarə tabeli doğuşayardım müəssisələrində təxminən eynidir. Özəl tibb müəssisələrində bu göstərici 2013-cü il üzrə ilkin nəticələrə görə, 60%-dən yüksəkdir”.“Qeysəriyyə əməliyyatı zamanı qanaxma, uşaqlığın cırılması, qonşu orqanların zədələnməsi kimi fəsadlar baş verə bilər”, – elmi katib qeyd edib.Qeyd edək ki, qeysəriyyə əməliyyatları ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 2013-cü ildə qəbul olunan 30 saylı qərarı mövcuddur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM