• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

"Azneft"ndən cənuba tunel çəkilməsi təklif edilib

"Azneft"ndən cənuba tunel çəkilməsi təklif edilib
07.05.2014 11:02
Bakıda nəqliyyatın dayanıqlı hərəkətinin yaradılması, yollardakı sıxlığın aradan qaldırılması, sürətin artırılması, eyni zamanda təhlükəsizliyin təmin olunması, yol nəqliyyat hadisələrinin sayını azaldılması istiqamətində yeni təklif irəli sürülür.
Belə ki, hərəkət zamanı daha az vaxt sərf edilməsi məqsədilə Bakıda bir neçə tunelin qazılması təklif edilir. Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də sədr müavini Vaqif Hacıyev bildirib.
 
Onun sözlərinə görə, Neftçilər prospekti Azneft dairəsindən 5 km uzunluğunda tunel vasitəsi ilə Astara yoluna birbaşa çıxmaq təklif olunur.
 
“Bu təklif Nəqliyyat Nazirliyi tərəfindən hökumətə təqdim edilib. Hökumət də öz növbəsində bununla bağlı məsləhətləşmələr aparır. Ümumiyyətlə, yol həm ağır, həm də bahalı işdir. Ona görə də hər bir xırda detal da diqqətlə nəzərdən keçməlidir”, - deyə V. Hacıyev qeyd edib.  
 
Qurum rəsmi əlavə edib ki, qeyd edilən istiqamətdə başqa bir variant isə “Beşmərtəbə” adlanan ərazidən tunellə gedərək, 7 km-dən sonra məqsədə çatmaq əks olunub: “Burada əyri yollar, döngələr olmayacaq, düz yolla 3 dəqiqədən sonra o, yola çıxmaq mümkün olacaq. Bütün bu məsələlər yüksək səviyyədə müzakirələr, qiymətləndirmələr aparıldıqdan sonra icra olunur. Bu bir günün işi deyil və ya kiminsə xətri ilə icra olunmur. Hökumət bunu “cibinə” baxıb həyata keçirir. Bu işin reallaşmasına güclü vəsait tələb olunur”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol