"Barselona" baş məşqçisi Xerardo Martino barədə fikrini dəyişib.Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu argentinalı çalışdırıcı ilə müqaviləni yeniləməyi planlaşdırsa da, komandanın "Real Sosyedad"a məğlub olmasından sonra bu qərarından imtina edib.Artıq rəhbərlik yeni baş məşqçi axtarışlarına başladığı iddia olunur. Bu vəzifəyə əsas namizədlərin "Atletik"dən Ernesto Valverde və "Selta"dan Luis Enrike olduğu bildirilib. Namizədlər sırasında həmçinin Yurgen Klopp ("Borussiya", Dortmund), Dieqo Simeone ("Atletiko", Madrid), Andre Villaş-Boaş (hazırda işləmir) və Roberto Martinez də ("Everton") var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !