"Barselona"da ciddi itki

12:47 | 24.02.2014
"Barselona"da ciddi itki

"Barselona"da ciddi itki

"Barselona" ciddi itki ilə üzləşib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komandanın müdafiəçi Jerard Pike iki həftəlik sırada çıxıb. Onun La Liqada dünən baş tutan "Real Sosyedad"la matçda sağ ayağından zədələndiyi bildirilib.

Qeyd edək ki, "Real Sosyedad" - "Barselona" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Əlavə edək ki, Pike bu mövsüm 33 matçda oynayıb və 4 qol vurub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM