Heydər Əliyev adına sarayın baş rejissoru, Kopenhagendə keçiriləcək “Eurovision-2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək qalibi seçən "Böyük səhnə" vokal şousunun münsiflər heyətinin üzvü Gülçöhrə Şəfiyeva ANN.Az-ın suallarını cavablandırıb.- Respublikanın 8 iri şəhərində keçirilmiş "Böyük səhnə"nin regional kastinqi, həmçinin iki əsas kastinq bitdi. Nəticələri və təfərrüatları elan etməyəcəyik. Amma bilmək istərdim ki, keçirilmiş kastinqlər sizdə hansı təəssüratlar yaratdı?- Seçimə gənclərin müxtəlif nümayəndələri gəlirdilər – güclü və istedadlı uşaqlar da vardı, orta səviyyəli uşaqlar da. Hətta zəiflər də öz güclərini sınadı, amma biz heç birinin xətrinə dəymədik. Çünki onlarda stimul olmalıdır. Ola bilsin, iştirakçılardan kimsə bu dəfə yaxşı hazırlaşmamışdı, yaxud başqa birinin yaşı çox olmadığından və ya təcrübəsinin azlığından özünü ifadə edə bilmədi. Həm də nəzərə alaq ki, onların heç biri əvvəllər səhnədə olmayıblar. Aralarında nə səsi, nə də istedadı olan vardı. Düzdü, belələri az idi, amma biz onların musiqi karyerasında heç nə əldə etməyəcəyini görüb münsiflər heyətinin üzvü kimi biz öz tövsiyələrimizi verirdik. Əgər iştirakçı yaxşı rəqs edirdisə, biz ona rəqslərlə məşğul olmağı təklif edirdik və ya əgər səsi vardısa, amma iddiaçı "Böyük səhnə" formatına və "Eurovision"a uyğun deyildisə, öz regionunda toylarda çıxış etməyi məsləhət görürdük. Biz bunu çox incə şəkildə, heç kəsin xətrinə dəymədən etməyə çalışırdıq.
- Siz ötən ildə də "Böyük səhnə" layihəsində münsiflər heyətinin üzvü kimi iştirak edirdiniz. İndiki müsabiqənin də həmçinin " Eurovision -2014" milli seçim mərhələsi olmasını nəzərə alsaq, gənclərin axınını necə qiymətləndirirsiniz?- Mənə elə gəlir ki, əgər iddiaçılar sonuna kimi o faktı dərk etsəydilər ki, müsabiqənin laureatı " Eurovision"da Azərbaycanı təmsil edəcək, onda axın daha güclü olardı. Amma bu mənim subyektiv fikrimdir. Hansısa bir layihə elan edilir, görünür, bu haqda daim danışmaq lazımdır ki, bizdə " Eurovision" necə keçir. İnsanlar bilirlər ki, hər il eyni vaxtda milli seçim keçiriləcək və ona görə də qabaqcadan hazırlaşmaq imkanına malikdirlər." Eurovision" ilə yanaşı keçən il "Böyük səhnə" də oldu və yalnız illər sonra bu layihələri birləşdirməyə qərar verildi. Mən bunu düzgün qərar hesab edirəm. Axı niyə eyni cür iki mərhələ olmalıdır? Layihələrin birləşməsi ideyası təmtəraqlıdır, mən bunu tamamilə dəstəkləyirəm.
- Bu il layihənin münsiflər heyətinin tərkibi demək olar ki yeniləndi. Siz "Böyük səhnədə" təcrübəsi olan yeganə münsifsiniz. Yenidən bu layihənin münsiflər heyəti tərkibində iştiraka razılaşmağa sizi nə vadar etdi?- Müsabiqənin obyektivliyi, həmçinin həm paytaxt sakinləri, həm də region sakinlərinin özünü ifadə etməsi üçün bərabər imkanlar verdiyinə görə mənim xoşuma gəlir. Ötən ilki müsabiqənin nəticəsi də buna sübutdur – Lənkərandan olan qız qalib gəldi. Münsiflər heyətinin üzvlərinə heç kim təzyiq göstərmirdi, bizə heç kim yalvarmırdı, göstəriş vermirdi. Hər şey könüllü olaraq edilirdi, bizim mülahizələrimiz əsasında qalib seçilirdi. Və onu da demək lazımdır ki, münsiflər demək olar ki yekdil fikrə gəlirdilər.Bu layihə Azərbaycan telekanallarında keçirilən başqa analoji müsabiqələrdən fərqlənir, burada qələbə meyar üzrə deyil, obyektiv və kimin nə qədər SMS göndərməsinə görə verilir. Mən belə xoşlamıram. Münsiflər heyəti obyektiv olduqda daha müsbət nəticə əldə etmək mümkündür. Hər kəs öz fikirini deyir, münsiflər heyətinin üzvləri arasında haradasa fikir ayrılıqları olur, haradasa yekdil fikrə də gəlirlər.Bu il münsiflər heyətində elə bir fikir ayrılığı olmadı. Bizim fikirlərimiz demək olar ki, uyğun gəlirdi. Mən üçüncü əyləşmişdim, amma heç kim mənə demirdi ki, mən filan qiymət qoymalıyam, axı mənim öz şəxsi fikrim var. Sonda əyləşmiş İlhama Qasımova yüksək bal verirdi, amma bu qərarına görə heç kəs onu qınamırdı, çünki bu, onun şəxsi fikridir. Məni də heç kəs nəsə bir qərar verməkdə sıxışdıra bilməz, belə düşünməyə heç kimin haqqı yoxdur.
- Şəxsən siz necə bir iştirakçı axtarırsınız?- Orijinallıq, qeyri-adilik axtarıram. Sabahkı günə baxmalıyam. Dünən və ya srağagün azmı xoşuma gələnlər olub. Bəli, mən belə tərbiyə görmüşəm, amma kim deyə bilər ki, dünənki gün sabah da, birisi gün də olmalıdır. Müasir düşüncəli insan olduğumdan həmişə axtarışdayam. Mən həqiqətən də maraqlı nələrsə axtarıram, yalnız müasirliklə kifayətlənmirəm və bu səsvermədə özünü göstərir. Düşünürəm ki, gənclərə inanmaq və onların arxasınca getmək lazımdır, ona görə yox ki, biz aparıcıyıq, ona görə ki, biz karvanın həm əvvəlini, həm də sonunu görməliyik.
Nərminə ƏliANN.az
Bizi sosial şəbəkələrdə izləyin !