"Dinamo" (Kiyev) klubunun yarımmüdafiəçisi Andrey Yarmolenko mövsümün sonunda komandasını tərk edə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalı futbolçu "Mançester Siti"nin maraq dairəsinə düşüb.
Avroliqanın 1/16 final mərhələsi çərçivəsində keçirilən "Valensiya" - "Dinamo" matçında Yarmolenkonu izləyən "Mançester Siti"nin skautları futbolçunu bəyəniblər. İngiltərə təmsilçisi 24 yaşlı futbolçunun transferi üçün "Dinamo"ya 15 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında razılıq əldə ediləcəyi təqdirdə Yarmolenko yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.
Qeyd edək ki, Ukrayna millisinin üzvü ilə "Bayer" (Leverkuzen) və "Monako" klubları da maraqlanır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !