"Elələri olur ki, hətta yataqda da mənimlə Qarabağdan danışırlar"

15:27 | 01.01.2014
"Elələri olur ki, hətta yataqda da mənimlə Qarabağdan danışırlar"

"Elələri olur ki, hətta yataqda da mənimlə Qarabağdan danışırlar"

“Qazancım pis deyil, qardaşım Aşota da pul göndərirəm”.

Lika Muradyan milliyyətcə ermənidir.

O, 1995-ci ildə Azərbaycanın işğal altında olan Laçın rayonunda dünyaya gəlib. Hazırda Tiflis şəhərinin mərkəzində yerləşən “NCV” barında çalışır. 

ANN.Az xəbər verir ki, yüngül həyat tərzi keçirən Lika "Qafqazinfo"-ya müsahibəsində onu əxlaqsız ömür sürməyə vadar edən səbəblərdən danışıb.

- Adətən, yüngül həyat tərzi keçirən qadınlar özləri haqda danışmağı sevmirlər. Hətta çox vaxt adlarını da gizli saxlayırlar...

- Nəyisə gizlətməyə ehtiyac yoxdur. Onsuz da hamı hər şeyi bilir. Fahişələrin həyat tərzi bir çox kişilərin sevimli mövzusudur.

- Amma heç kim anadan fahişə doğulmur. Əxlaqsız həyat tərzi keçirən qadınların çoxu günahı mühitdə görürlər.

- Bu yola düşən hər bir qadının öz həyat hekayəsi var. Ancaq siz onların şirin dilinə çox da inanmayın. Mənim elə rəfiqələrim var ki, vaxtında bir az dirəniş göstərsəydilər, bu gün ailə-uşaq sahibi idilər. Amma mən doğrudan da ehtiyac üzündən bu yola düşmüşəm.

- Elə mən də bu barədə soruşmaq istəyirdim. Laçında doğulan Lika Tiflisə necə gəlib çıxdı? Üstəlik, yaşınız da çox azdır...

- Biz əslən yerevanlıyıq. Atam hərbçi olub. O, 1992-ci ildə Laçının azərbaycanlılardan alınmasında yaxından iştirak edib. Amma 1993-cü ildə Ağdərədə yaralandığı üçün ordudan tərxis olunub. Bir il sonra atamı Laçına mülki vəzifəyə göndəriblər. O, anamı və qardaşımı da özü ilə Laçına aparıb. Mən, 1995-ci ildə Laçında anadan olmuşam. Atamı güclə xatırlayıram. O, dünyasını dəyişəndə mənim 2 yaşım olub. Anam deyirdi ki, atanızın xəstəliyi şiddətlənsə də, Ermənistan hökuməti onun müalicəsi üçün heç bir iş görmədi. Atam ömrünü ağrı-acı içində, qan qusa-qusa başa vurub. Sonralar bildim ki, atam öləndə bizim evimizdə bir tikə çörək də olmayıb. Atamın ağır xəstəliyə yoluxması anamın səhhətinə də öz təsirini göstərmişdi. Atam öləndən bir müddət sonra anam da yatağa düşdü. O, 4 il yataq xəstəsi oldu. Həmin dörd il ərzində yaxşı adamlar bizə həyan oldular. Anam öləndən sonra xalam gəlib bizi özü ilə Yerevana apardı.

- Görünür, xalanızın himayəsində gününüz xoş keçmədyi üçün Tiflisə pənah gətirmisiniz...

- Xalam mənə və qardaşıma etdiyi pisliklərin cəzasını aldı. Əgər bir il əvvəl 9-cu mərtəbədən yıxılıb ölməsəydi, onu mən öz əllərimlə boğacaqdım.

- Xalanız sizə nə pislik etmişdi? Axı, ananızın ölümündən sonra qayğınıza qalan yeganə adam xalanız olub...

- Xalam məni və qardaşımı qul kimi işlədirdi. Çox vaxt gecələr ac yatırdıq. Səkkiz yaşım olanda ev təmizləyir, paltar yuyurdum. Bir-iki il sonra xalam pul alıb, qonşuların paltarlarını da mənə yudurtmağa başladı. O, bizi məktəbə getməyə qoymadı. Qonşuluqda yaşayan uşaqların məktəbli paltarlarını yuyanda için-için ağlayırdım. Xalam evdə olmayanda, həmin paltarları geyinib, güzgünün qabağında özümə baxırdım. Heç bir uşağa bu taleni arzulamıram. Qardaşımın da işi ağır idi. Amma pis adamların təsirinə düşməmək üçün birtəhər dözürdük. 2008-ci ildə qardaşımı əsgərliyə çağırdılar.

İki ay Yerevanda təlim keçdikdən sonra onu Dağlıq Qarabağa apardılar. Orda vəziyyət çox pis idi. Yemək çatmırdı, əsgərləri tez-tez döyürdülər. Aşot tez-tez zəng edib, xalama yalvarırdı ki, ona isti paltar, pul göndərsin. Amma xalam heç vaxt onun xahişinə əməl etmirdi. Altı ay sonra Aşot əsgər yoldaşlarından birini güllə ilə yaraladı. Bundan sonra qardaşımı həbs etdilər. O, 4 ildən çoxdur ki, Yerevanda məhbəs həyatı yaşayır. Qardaşım tutulandan sonra mənim vəziyyətim daha da ağırlaşdı. Xalam məni tez-tez döyür, işgəncə verirdi. Amma yenə dözürdüm. On altı yaşım olanda xalam məni 300 dollara Mənsur adlı iranlı iş adamına satdı. Mənsur ayrıca ev tutub məni öz məşuqəsi kimi saxlayırdı. Amma bir müddət sonra İrana getdi və bir daha geri qayıtmadı. Bu yaxınlara öyrəndim ki, İranda bankların birinə külli miqdarda borcu olduğu üçün onu həbs ediblər. Allah qapısını açmasın! Bu iyrənc adam mənim həyatımı alt-üst etdi.

- Yəqin ki, bu hadisədən sonra bir daha xalanızın evinə qayıtmadınız...

- Qayıtsaydım, bu dəfə başqasına satacaqdı. Mənsurun məni saxladığı binada yüngül həyat tərzi keçirən qızlar vardı. Mənsur yoxa çıxandan sonra onlar məni barda işə düzəltdilər. Beləcə, çevrilib oldum bar qadını. Yaşamaq üçün başqa yolum yox idi. Ancaq Yerevanda çox pul qazanmaq mümkün deyil. Bizim ölkənin insanları çox kasıb yaşayırlar. Yekəpər erməni kişiləri bir gecəmizə 15-20 dollar təklif edirdilər. Biz pulu ancaq bara gələn iranlı və türkiyəli iş adamlarının hesabına qazanırdıq. Amma barın sahibi alçaq adam olduğu üçün qazandığımız pulun yarısından çoxunu tutub əlimizdən alırdı. Bundan sonra qərara aldıq ki, sənədlərimizi qaydasına salıb, Gürcüstana gedək. İlyarımdır ki, Yerevanı tərk etmişəm. Qazancım pis deyil. Həm özümü dolandırır, həm də hər ay Aşota pul göndərirəm. Yayda Batumidə və Trabzonda, qışda isə Tiflisdə işləyirik. Türk kişiləri səxavətli olurlar. Onların dilini öyrənəndən sonra qazancım bir az da artıb.

- Bilirəm, fahişənin qazancı ilə maraqlanmaq yaxşı hərəkət deyil. Amma jurnalistin işi soruşmaqdır...

- Bizim işimizin yaxşı dövrü mayda başlayır. İndi ancaq bara gələn müştərilərin hesabına dolanırıq. Barın sahibi Türkiyə vətəndaşı olduğu üçün burda heç kim ona toxunmur. İşə adətən axşam 9-dan sonra çıxırıq. Müştəri ilə görüşməyin qiyməti 100 laridir. Pullar administratora verilir. Səhər evə gedəndə görüşdüyümüz hər kişiyə görə bizə 50 lari pul verirlər. Bir gecədə qazancımız təxminən 150 lari olur. Bu isə 90 dollar edir.

- Yəqin müştərilərinizin əksəriyyəti yerli sakinlər olur...

- Yox, mənim işlədiyim bara gürcüləri buraxmırlar. Biz adətən türklər, farslar və azərbaycalılarla görüşürük.

- Gürcüstanda yaşayan azərbaycanlılarla?

- Əsasən, Bakıdan gələn azərbaycanlılar bizim bara baş çəkirlər. Gürcüstana dincəlməyə, o cümlədən maşın almağa gələn azərbaycanlıların çoxu bizimlə görüşüb, sonra geri qayıdırlar. Sizin oğlanlar qəribə olurlar, əvvəl bizimlə yatır, sonra isə döyürlər. Amma barda dava salan adamı ikinci dəfə içəri buraxmlrlar. Erməni olduğumu biləndə azərbaycanlıların hamısı mənimlə yaxınlıq etmək istəyirlər. Bəzilərinin sifətindən zəhrimar yağır. Elələri olur ki, hətta yataqda da mənimlə Qarabağdan danışırlar. Onlara deyirəm ki, biz ermənilər Qarabağı alıb, nə qazanmışıq? Atam Laçının alınmasında xüsusi qəhrəmanlıq göstərsə də, qan qusa-qusa öldü. Anam da onunla eyni aqibəti yaşadı. Türmədə olan qardaşım isə vərəmdir. Bu necə qələbədir ki, müharibə qəhrəmanının qızı fahişəlik edir, oğlu isə türmədə çürüyür? Bu gün erməni qızlarının çoxu Tiflisdə, Batumidə, Trabzonda, İstanbulda barlarda fahişəlik edirlər. Kaş, müharibədə məğlub olaydıq, amma evimizdə oturub adam kimi yaşayaydıq.

- Lika, yəqin ki, sənin də gələcəklə bağlı arzuların, xəyalların var...

- Elə bir insan yoxdur ki, onun bitib-tükənməyən arzuları olmasın. Ən böyük arzum bu çirkabdan xilas olmaqdır. Bilirsiniz, barda mənimlə bir yerdə işləyən rəfiqələrimin çoxu iranlı oğlanlara ərə gedib. Mən, Aşotun türmədən çıxmağını gözləyirəm. Qardaşım azadlığa çıxandan sonra kasıb bir iranlı tapıb, ona ərə gedəcəyəm. İrana köçəndən sonra İslam dinini qəbul edib, ömrümün sonuna kimi Allaha yalvaracağam ki, günahlarımdan keçsin...

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti