• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

"Elmlər akademiyası" stansiyasının yeni çıxışı nə vaxt açılacaq?

"Elmlər akademiyası" stansiyasının yeni çıxışı nə vaxt açılacaq?
01.03.2014 09:52
Bakı Metropoliteni 2015-ci il ərzində metronun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışını istismara verməyi planlaşdırır.Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildiriblər."Elmlər Akademiyası" stansiyasından bu rayonda bəzi ali məktəblərin və çoxlu sayda dövlət müəssisələrinin yerləşməsi ilə əlaqədar böyük sərnişin axını keçir.QSC-dən deyildiyi kimi, hazırda həm tunelin özünün tikintisi, həm də stansiyanın ikinci çıxışının tikintisi üzrə işlər aparılır.Mənbə qeyd edib: "Bu layihə çərçivəsində işlər sürətləndirilib və onların 2015-ci ildə başa çatacağı gözlənilir. Lakin dəqiq tarix söyləmək hələlik çətindir".Layihə çərçivəsində stansiyanın dörd əlavə çıxışı tikiləcək ki, onlardan ikisi Bakı Dövlət Universitetinə, digər ikisi isə avtomobil yoluna çıxacaq.Digər stansiyalarda əlavə çıxışların tikintisi mümkünlüyünə toxunan mənbə vurğulayıb ki, iki mərkəzi stansiya olan "İçərişəhər" və "Sahil" stansiyalarında əlavə çıxışların olmasına ehtiyac var.Mənbə agentliyə bildirib ki, bu stansiyaların hər birinin bir çıxışı var və burada da, o cümlədən əlavə çıxışların tikintisinə dair məsələyə baxılır. Lakin ən çətini bu çıxışların yerinin seçilməsidir. Çünki onlar şəhərin mərkəzində yerləşir./aznews.az/ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
İqtisadiyyat 16:00
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
İqtisadiyyat 15:26
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Avro və rubl azalıb - Günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro və rubl azalıb - Günün məzənnəsi
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol