• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

"Ölümündən bir gün əvvəl zəng etmişdi" - VİDEO

"Ölümündən bir gün əvvəl zəng etmişdi" - VİDEO
01.08.2014 22:33
Şəhidin anası Kifayət Poladova: "Vüqar telefonda dedi ki, burda atışmadı"Azərbaycan ordusu 8 şəhid verib. Şəhid olanlardan 2-i gizir, 6-i isə əsgərdir.ANS TV-nin məlumatına görə, onlar - Sumqayit şəhərindən həqiqi hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Abdinov Hüseyn Etibar oğlu, Qazax rayonundan hərbi xidmətə çağırılan gizir 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu, Masalli rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Rəhimov Əli Fətulla oğlu, Xaçmaz rayonundan hərbi xidmətə çağırılan 1996-ci il təvəllüdlü Əlicoşqunov Mustafa Əhmədcan oğlu, Salyan rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Məmmədov Səftər Əlihüseyn oğlu, Quba rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər İbrahimov Elnur Məhyəddin oğlu, Tovuz rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Poladov Vüqar Hidayət oğlu, Ağdam rayonundan hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü gizir Əhmədov Qaryağdı Eldar oğludur.Şəhid olanlardan 5 nəfəri bu gün torpağa tapşırılıb.Qaryağdı Əhmədov Ağdamın işğal olunmuş Saybalı kəndində anadan olub. O, bu gün rayonun Quzanlı kəndində dəfn edildi. Şəhidi son mənzilə yola salmaq üçün onun hərb hissədəki yoldaşları da gəlmişdi.4 övladı olan şəhid gizir Almazov İsa Qazaxda doğulduğu Cəfərli kəndində torpağa tapşırıldı. Şəhidin dəfn mərasimində hərbçilərlə yanaşı bütün rayon ictimaiyyəti də iştirak edib.Ailənin tək oğlan övladı olan şəhid Vüqar Poladov Tovuzda doğulduğu Öysüzlü kəndində dəfn edildi. Vuqarın iki aydan sonra hərbi xidməti başa çatacaqdı. Elə əsgəri xidmətinin bitməsinə hazırlaşan Vüqar dünən ailəsilə danışandaonlardan geyim almaq üçün pul da istəyib.Şəhid Vüqarın anası Kifayət Poladovanın sözlərinə görə, Vüqar axşam zəng etmişdi, danışıb söhbət etdik: “Dedi ki, mənə pul göndər, gələndə paltar alacam. Sonra Vüqar dedi ki, burda atışmadı”.Şəhid olan Mustafa Əlicoşqunovun yaxınları onun vətənini sevən cəsur biri olduğunu deyir.Şəhid Mustafanın anası, Əminə Əlicoşqunova deyir ki, “Gərək belə olmayaydı, amma neyləmək olar, vətən sağ olsun!”.Şəhid Mustafa ilə şəhid Elnur İbrahimov qohum imiş. Onların hər ikisi də bu gün dəfn edilib. Mustafa doğulduğu Xaçmaz rayonunda, Elnur isə Qubada.Şəhid Elnurun atası Məhyəddin İbrahimov qeyd edir ki, “Allah bütün şəhidlərə rəhmət eləsin, içində də mənim balama, əlbəttə ki, vətən uğrunda gedib”.Vətənini, torpağını canından, qanından üstün tutan şəhidlərimizə Allahdan rəhmət diləyirik.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Cəmiyyət 17:57
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Ermənistanın atəş nöqtələrinin vurulması  - VİDEO
Siyasət 10:15
Ermənistanın atəş nöqtələrinin vurulması - VİDEO
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Siyasət 14:07
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
Siyasət 14:48
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Cəmiyyət 19:29
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Siyasət 23:46
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
Siyasət 19:39
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
Siyasət 11:30
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Siyasət 16:47
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol