Misirdə Müsəlman Qardaşlığı hərəkatının qadın tərəfdarları Məhəmməd Mursi hökümətinin devrilməsindən sonra qurulan müvəqqəti hökümətə qarşı keçirilən etiraz aksiyalarında fəallaşıb. Müsəlman Qardaşlığı partiyasının minlərlə üzvü və fəalının həbsi və təqibindən sonra, qrupun “Müsəlman Bacılığı” adlı qolu dinc aksiyaların aparıcı qüvvəsinə çevrilib."Anspress" yazır ki, qadınları və cavan qızları küçələrdə “ön cəbhəyə” çıxarmaq elə bir növ Müsəlman Qardaşlığının bilərəkdən tətbiq etdiyi taktika olub, belə ki, qadınlar etiraz edən zaman təhlükəsizlik qüvvələri kişilərlə müqayisədə onlara əl qaldırmağa az meylli olur, digər tərəfdən polis misir qadınına qarşı güc tətbiq etsə belə, bu ictimai rəyi islamçıların xeyrinə dəyişəcək. Təkcə ayın əvvəlində oktyabrda İsgəndəriyyə şəhərində etiraz aksiyalarında iştirak etdiyində görə həbs olunmuş 21 islamçı qadına Misir məhkəməsi 11 ilə qədər həbs cəzası kəsmişdi.Cəzanın şiddəti, hətta islamçıların əsas əleyhdarlarını belə şoka salmışdı. Sonradan ictimai rəyin hökumətin öz əleyhinə işləməsi ilə, onların həbs cəzası 1 il şərti olaraq azadlıqdan məhrum edilməyə dəyişdirildi və etirazçı qadınlar məhkəmə zalından azadlığa buraxıldılar. “Çevrilişə qarşı Qadınlar” cəmiyyətinin nümayəndəsi Ayə Əla, qadınların hazırda müxtəlif tədbirləri, aksiyaları təşkil edən, onlara başçılıq edən aparıcı qüvvəyə çevrildiyini bildirib.Müsəlman Bacılığından olan fəal Cihad Muafi isə ordunun gətirdiyi hökumətə qarşı mübarizəni davam etməkdə israrlı görünür.“Bir azad qadın olaraq küçələrə toplaşmaqdan, öz fikirlərimizi ifadə etməkdən qorxmuruq. Sual vermək istəyirəm ki, mənim səsim necə oldu? Konstitusiya hüququmdan istifadə edib, Məhəmməd Mursini prezident seçmişəm, ancaq artıq səsimdən əsər-əlamət qalmayıb, sanki onu zibil yeşiyinə tullayıblar”.Qardaşlıqda olduğu kimi Müsəlman Bacılığına üzv olan qızlardan son dərəcə intizamlı olmaq tələb olunur və onlara illər ərzində, adətən yeniyetməlik yaşlarından tabeçiliklə bağlı əsas qaydalar öyrədilir. Əvəllər qadınların rolu arxa planda idisə, son aylarda, gündəlik keçən etirazlarda iştirak etməklə sərt iradə ortaya qoyub. Aksiyalarda əsas fəallıq Qahirənin Əl Əzhər İslam Universitetinin qız tələbələri üzərinə düşür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !