"Neftçi" PFK "Traktor Sazi Təbriz" futbol klubunu İran kubokunu qazanması münasibətilə təbrik edib.
ANN.Az klubun saytına istinadən məlumat verir ki, PFK tərəfindən göndərilən rəsmi məktubda "Traktor Sazi Təbriz" FK-ya yoldaşlıq oyunu keçirmək təklif edilib. Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub.
Yazıların birində "Traktor Sazi Təbriz" FK-nın baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında "Neftçi" PFK-nın bu təklifinə münasibət bildirdiyi qeyd olunub: "Neftçi" ilə oyun komandamız üçün çox faydalı ola bilər".
Digər məqalədə "Neftçi"nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, "Neftçi" sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı "Traktor Sazi" və "Maşın Sazi" klublarını müvafiq olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.
ANN.Az