"Qalatasaray" qış transferi pəncərəsində heyətinə futbolçu cəlb etməyə davam edir.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu dəfə "Cim-bom" "Eskişehirspor"un oyunçu Veysel Sarını transfer edib. Gənc müdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.
V.Sarı İstanbul klubunda oynamaq üçün keçmiş klubundan alacağı 800 min türk lirəsindən də imtina edib.
Qeyd edək ki, futbolçu sabahdan etibarən komandanın məşqində iştirak edəcək.
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !