"Qalatasaray" və "Çelsi" azərkeşləri arasında toqquşma baş verib.ANS PRESS-in məlumatına görə, tərəfdarlar arasında insident İstanbulun mərkəzi hissəsi olan Taksimdə yaşanıb. İlkin məlumatlara görə, bir ingilis azərkeşi bıçaqlandıb və çox sayda "Çelsi" fanatı döyülüb.Bir "Çelsi" fanatının bıçaqlandığı iddiasına cavab verən Türkiyə Təhlükəsizlik Müdirliyi belə bir vəziyyətin olmadığını açıqlayıb. "Çelsi"li bir tərəfdar isə "Twitter" hesabından türk ingilis azərkeşləri arasında baş verən insidentlə bağlı yazıb:"Qalatasarayda futbol pərəstişkarı yoxdur. Onlar insan belə deyil".Qeyd edək ki, ingilis tərəfdarlar ictimai mediadan bu hadisəyə sərt reaksiya göstərib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !