"Sovetski"dən sonra növbə buranındır - FOTOLAR

14:14 | 12.03.2014
"Sovetski"dən sonra növbə buranındır - FOTOLAR

"Sovetski"dən sonra növbə buranındır - FOTOLAR

Bakının qədim məhəllələrindən birində  - "Sovetski"də söküntü işləri başlanılıb. Rəsmi şəxslərin açıqlamalarına görə, paytaxtın yeni Baş Planına əsasən belə köhnə məhəllələrin hamısı plana düşəcək. "Sovetski"dən sonra "Kubinka" adlanan ərazinin də söküləcəyi gözlənilir. Amma nə vaxt? Bu, bilinmir."Kubinka" məhəlləsi də sovet Azərbaycanının "məhsulu"dur. Bu ərazi sovet vaxtı daha çox alverçilərin məkanı kimi tanınıb. Nadir, tapılmayan əşyalar - qızıl, briliyant, xrustal qablar, "Madonna" adlanan qab-qacaq dəsti, yaxud bahalı parçaları bu məhəllədə yaşayan alverçilərdən almaq mümkün idi.Bu, "Kubinka"nın keçmişi idi. ANN.Az saytının fotoqrafı bugünün "Kubinka"sını oxuculara təqdim edir. Gələcəyin "Kubinka"sı necə olacaq? Bu, hələlik naməlumdur...Fotolar Orxan Əzimindir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb