"Whatsapp" istifadəçilərini sevindirəcək: Görüntülü danışıq imkanı

19:59 | 09.09.2014
"Whatsapp" istifadəçilərini sevindirəcək: Görüntülü danışıq imkanı

"Whatsapp" istifadəçilərini sevindirəcək: Görüntülü danışıq imkanı

"Smartfon" istifadəçilərinin sevimli tətbiqlərindən olan "Whatsaap" daha bir yeniliyi ilə istifadəçilərini sevindirməyə hazırlaşır. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, pulsuz mesajlaşma, foto, video və səsli mesaj yollamaq imkanları yaradan "Whatsaap"ın indi də görüntülü danışıq funksiyası üzərində işlədiyi barədə xəbərlər yayılıb. Bu xəbərin müxtəlif media orqanlarında yayılmasına baxmayaraq, "WhatsApp" hələlik bu barədə rəsmi açıqlama verməyib. 

Görüntülü danışıq imkanı verən bir çox proqramın mövcud olmasına baxmayaraq, son illərin ən populyar tətbiqlərindən olan "WhatsApp"ın bu funksiya ilə rekord qıracağı gözlənilir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb