Milli komandadan qovulan "Qarabağ”ın futbolçusu Elvin Yunuszadəyə növbəti cəza verilib.
"Qafqazinfo” xəbər verir ki, baş məşqçi Qurban Qurbanov "Sumqayıt”la yoldaşlıq matçından sonra keçirilən brifinqdə bu barədə məlumat verib.
O deyib ki, E.Yunuszadə "Qarabağ”ın əvəzedici heyətinə göndərilib.
Q.Qurbanovun sözlərinə görə, Elvinin daha öncə də nizam-intizamı pozduğunu və buna görə də qərarın təəccüblü olmadığını söyləyib:
"Mən futbolçunu cərimələmək istəmirəm. Çünki futbol oynadığım vaxt mənim də səhvlərim, özümü düzgün aparmadığım hallar olub. 5 ildir birgə işləyiriksə və mənim xarakterimi bilirsə, ona güvənərək, komandada saxlayıramsa, yeri gəlsə, cəzalandırmağa, belə qərarlar verməyə haqqım da var”.
Baş məşqçi A.Abdullayevə cəza almamasına səbəb olaraq onun komandaya yenicə qoşulduğunu və ona ümidlərin daha çox olduğunu deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !