“Uşaqların telefonla təhlükəsiz internetdən istifadə etməsi üçün ölkəyə gətirilən mobil cihazlar qeydiyyatdan keçirilən zaman onlara xüsusi proqramların yazılması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə verilən təklifə baxılacaq”.
Bunu Lent.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib.
Mətbuat katibinin sözlərinə görə, nazirliyə ünvanlanan təklif müsbət qiymətləndirilir: “Hesab edirik ki, bu, Azərbaycanda uşaqların internetdən təhlükəsiz istifadəsini təmin edəcək”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !