Mərakeşin paytaxtı Rabat şəhərində karate üzrə Premyer Liqası seriyasının növbəti turniri başa çatıb.
Anews.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Rafael Ağayev (75 kq) finalda özbək Dastanbəy Otabolayevi 3:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.
Digər Azərbaycanı təmsil edən idmançı İrina Zaretska (68 kq) finalda uduzub. Tural Ağalarzadə (67 kq) və Şahin Atamov (+84 kq) isə bürünc medal qazanıblar.
Xatırladaq ki, bu il beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev Premyer Liqa seriyalarından dördündə də medal qazanıb. O əvvəlki yarışlarda bir qızıl, bir gümüş və bir bürünc medal əldə etmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !