Rafael Dadaşovun yas mərasimi keçirilməyəcək

11:17 | 17.03.2020
Xalq artisti Rafael Dadaşovun yas mərasimi keçirilməyəcək.

Bunu "MediaPost”a açıqlamasında R.Dadaşovun qohumu, Xalq artisti Brilliant Dadaşova deyib.

"Rafael Dadaşov bu gün 13:30-da II Fəxri xiyabana aparılacaq. Yas mərasimlərinin keçirilməsi qadağandır deyə, kiminsə gəlməsinə icazə yoxdur. Hazırda yalnız yaxın qohumları evindədir. Ötən gün xalq artistləri Nurəddin Hacıyev, Azərpaşa Nemətov gəlmişdilər. Tanıyanlar evə gəlir”, - Xalq artisti söyləyib.

Qeyd edək ki, koronavirus infeksiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən 14 martdan (bir ay müddətində) dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.

www.anews.az

Xəbər lenti