Türkiyədə əməliyyat olunan tanınmış diktor, xalq artisti Rafiq Hüseynov yenidən İstanbula qayıdacaq. R. Hüseynovun xanımı Səbinə Hüseynovanın APA-ya verdiyi məlumata görə, kimyaterapiya müayinələri qəbul etmək üçün fevralın əvvəlində Türkiyəyə yollanacaqlar: “Əməliyyatdan sonra həkimlər dedilər ki, müayinə üçün yenidən Türkiyəyə qayıtmalıyıq. Əslində, müayinə Bakıda da ola bilərdi, amma Türkiyəyə gedəcəyik”. S. Hüseynova əlavə edib ki, hazırda Rafiq Hüseynovda zəiflik hiss olunur: “Ümumi vəziyyəti normaldır, amma tez-tez zəifləyir, narahatlıqları olur. Səsi hələ tam düzəlməyib, tez-tez dəyişir. Hələlik akademik Əhliman Əmiraslanovla görüşə bilməmişik. Rafiq istəyir ki, bu həftə görüşsün, onun məsləhətləri səhhətinə köməklik göstərə bilər”. Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !