Deyəsən, son zamanlar amerika KİV-lərində söz azadlığının səviyyəsi gözə çarpacaq qədər pisləşib. 2013-cü ildə "Sərhədsiz Reportyorlar" təşkilatı mətbuat azadlığının dərin eroziyaya məruz qaldığını qeyd etdilər. Bu hesabatda informatorlara və jurnalistlərə bir sıra hücumlar haqqında bəhs olunurdu. "Sərhədsiz Reportyorlar" təşkilatının reytinqində ABŞ qəfildən 13-cü yerdən 46-cı yerə düşdü.
Bununla bərabər, prezident administrasiyası nümayəndələrinin kütləvi informasiya vasitələrlərində dərc olunan xəbərlərə nəzarət etmək üçün bütün vasitələrdən yararlandıqları barədə informasiyalar sızmağa davam edir. "Associated Press"in redaktorları ölkə prezidentinin fotoqraflara və müxbirlərə azad və sərbəst şəkildə informasiya əldə etmək imkanının verilməsindən imtina etməsini tənqid etdilər və prezidentin hərəkətlərini qəsdən aparılmış təbliğata bərabər tutdular.
Qəribədir, Obama administrasiyası nə işlə məşğul olur. ABŞ-ın ən yaxın müttəfiqləri daim böhtana məruz qalırlar. Mətbuatda böhtan dolu sənədlərin və şəkillərin surətlərinin yayılmasına baxmayaraq, administrasiya bundan məharətlə yayınaraq, bunu əsası olmayan şər adlandırır. Məsələn, ötən ay müəyyən qədər nifrətlə bildirilirdi ki, yüksək vəzifəli amerika məmuru İsrailin baş naziri Benyamin Netanyahunu "toyuq" adlandırıb. Ancaq, bununla yanaşı mətbuata informasiyalar daxil oldu ki, ABŞ-ın müttəfiqi olan Azərbaycan, bəzi ölkələr kimi, bütün dünyada radikalları dəstəkləmək əvəzinə ABŞ-la öz münasibətlərini inkişaf etdirməyə çalışır.
Bütün bunlar o zaman baş verir ki, ABŞ-ın köhnə düşmənləri və ya milli təhlükəsizlik üçün təhdid olan ölkələr İŞİD terrorçularını maliyyələşdirirlər. Digər tərəfdən, İran mollaları tərəfindən aparılan dini təbliğat da ehtiyat etməyə əsas verir. "Washington Free Beacon" xəbər resursu bildirir ki, ABŞ Konqresi "Amerikanın Səsini"nin fars informasiya xidmətində araşdırmaların aparılmasına çağırış edir, çünki bu radionun fars xidməti İranı yalnız yaxşı tərəfdən göstərir, hakimiyyətdə olan rejimin, həmçinin İran İslam Respublikasında daim baş verən edamları tənqid etməkdən çəkinir. Bu məsələyə ABŞ-ın dövlət katibi Con Kerri diqqət çəkdi, o, məktub göndərərək, bu aspekt üzrə təcili ölçülər götürülməsini tələb etdi.
"Washington Free Beacon" o zaman yazdı: "Qanunvericilər və İran dissidentləri "Amerikanın Səsi"nin fars xidmətini onda ittiham edirlər ki, onlar İran rejiminin hərəkətlərini ört-basdır etməyə, onu yaxşı tərəfdən göstərməyə çalışır və nüfuzlu İran müxalifətçilərini müntəzəm olaraq qara siyahıya salır". "Amerikanın Səsi"nin fars xidmətinin "qara siyahına" xəbərlər resursunun salınması və İranda olan hakimiyyəti terrorçuları maliyyələşdirməkdə ittiham edən televiziyanın fəaliyyətinə qadağa qoyulması barədə "Washington Free Beacon" informasiya yaydıqdan yalnız bir ay sonra, xidmətin bu qaranlıq tərəfinin araşdırılması üçün ABŞ Konqressindən zəng edildi".
Bundan əvvəl, mən "Azadlıq Radiosu”nun Azərbaycana qarşı neqativ oriyentasiyası haqqında "RollCall"da yazdım. Mən Konqresə sorğu göndərdim ki, niyə onlar amerika vergi ödəyicilərinin 750 milyon dollarının, ABŞ-ın müttəfiqlərinə hücum edən media-resursun maliyyələşdirilməsinə sərf olunmasına imkan verirlər. Bu məruzə nümayiş etdirdi ki, bir ay ərzində resurs Azərbaycan haqqında 30 tənqidi məqalə və video dərc edib və heç bir məqalədə Azərbaycanın inkişafı və nailiyyətləri qeyd olunmayıb. Bununla yanaşı, Azadlıq Radiosunun Amerikanın rəqibi olan Ermənistana qarşı heç bir tənqidi xəbər dərc etməməsi barədə Konqress heç bir ölçü götürmədi. Bu fakt Twitter sosial şəbəkəsində qəzəb doğurmuşdu.
Amerikalılar qəbul etmək istəmirlər ki, KİV xüsusi maraqlara xidmət edən, öz mənfəətini güdən və ekstremist rejimlərin təqibindən ehtiyat edən səthi stereotiplərə yol verən təbliğatçılıq maşınına çevrildi.
Azərbaycan və İsrail iki səbəbdən hücumlara və tənqidə məruz qalır. Birincisi, bu, adı çəkilən ölkələrin imicinin ləkələnməsinə istiqamətlənmiş sifarişli tənqidi məqalələrin nəticəsidir. İkincisi, o səbəbdən ki, bu dövlətlər qərb yönümlü istiqaməti ilə fərqlənən, terrora qarşı mübarizə aparan və dünyəvi cəmiyyətin mövcud olduğu azsaylı şərq müsəlman ölkələrindən biridir və ona görə də bu ölkələrin jurnalistləri sərbəst şəkildə fikirləri söyləməkdən çəkinmirlər. İsraili raket hücumlarından və edamlardan qorunmaq üçün hərbi cinayətlərdə ittiham edirlər, amma Misirin Qəzzaya münasibətdə etdiyi son hərəkətlərə dünya susur. Bundan başqa, İsrail o ölkədir ki, Fələstin mülki şəxsləri ilə HƏMAS terrorçuları arasında fərqi aydın şəkildə anlayır.
İsrail və Azərbaycan özündə bu təzyiqi hiss etmək məcburiyyətindədir, çünki alternativ ekstremizmin tərəfindədir və heç bir ölkəyə demokratik prinsiplərlə bağlı güzəştə getməyə hazır deyil. Amma Konqress bu tendensiyaya diqqəti yönəltməlidir, çünki yalnız yaxşı dostlar bir çox təhqiri qəbul edə bilər, amma əvvəlki kimi ABŞ-ın əsl müttəfiqi olaraq qala bilər.
İsrail və Azərbaycan ABŞ-ın əsas müttəfiqləri olaraq qalırlar. Ölkələrin arasında daha sıx əməkdaşlığın artması imkanları və perspektivi yüksəkdir. İran İslam Respublikası dünyada balansı dəyişə biləcək nüvə silahını hazırlamağa davam edir. Bunu bilərək, biz özümüz xəbərlər resursunu dəstəkləyirik, məsələn, bu rejimə həyan olan və onun həqiqi mahiyyətini gizlətməyə çalışan "Amerikanın Səsi"nin fars xidmətini. Konqressdən dəstək alan KİV dünyada nəyin baş verdiyi olduğu kimi deməyə özündə cürət tapmalıdır. Biz mətbuat azadlığının yüksək səviyyəsini bərpa etməliyik və arxayın olmalıyıq ki, əgər biz bütün həqiqəti deyiriksə, onda həqiqət mütləq qalib gələcək.
Konqress amerika mətbuatının azadlığını təmin etmək öhdəliyi götürüb. Və mən ümid edirəm ki, Konqress azadlığın və gücün əsasını təşkil edən azad məlumata keçid məsələsinə baxacaq. Əgər biz bu hüquqdan məhrum olsaq, onda bundan sonra baş verəcəklər barədə düşünmək belə istəmirəm...
Tərcümə: Ramil Rahiboğlu
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !