Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri Xalq artisti Rasim Balayev seçilib.Bu barədə AKİ-nin İdarə Heyətinin ümumi yığıncağında qərar qəbul edilib.
Yeni sədrin dosyesini sizə təqdim edirik:
Rasim Əhməd oğlu Balayev 1948-ci il avqustun 8- də Ağsuda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirib. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
İlk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Balayev bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.
Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.
Mükafatları içərisində "Azərbaycan SSR əməkdar artisti" 1976, "Azərbaycan SSR xalq artisti" fəxri adı 1982, Azərbaycan SSR Dövlət mükafatı, 1986 "Atları yəhərləyin" bədii filmində Səlim bəy roluna görə "Şöhrət" ordeni 1998 "Şərəf" ordeni 2018, Cəfər Cabbarlı mükafatı 2019 layiq görülüb.
AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov cari il martın 10-dan 11-nə keçən gecə Rusiyanın Moskva şəhərində vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !