• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

İlham Əliyev Bakıda yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub

İlham Əliyev Bakıda yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub
14.08.2015 15:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

"Report”un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində ümumilikdə 300 min kvadratmetrə yaxın sahəyə asfalt döşənib, yol işarələri ikikomponentli yüksək keyfiyyətli boyalarla rənglənib. Pişəvəri küçəsi iki istiqamətli və dördzolaqlı olmaqla genişləndirilərək əsaslı şəkildə yenidən qurulub. Küçə boyu səkilər tamamilə yenilənib, ən müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heydər məscidinə gedən küçələrin hamısında abadlıq və yenidənqurma işləri həyata keçirilib
.
Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Pişəvəri küçəsinin yenidənqurmadan sonra açılışını bildirən lenti kəsib.

Dövlət başçısı Cavadxan və Hüseyn Seyidzadə küçələrində və bu küçələrin kəsişdiyi ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən sonrakı vəziyyətlə də tanış oldub.
Bu küçələrə də yeni asfalt örtüyü döşənib, səkilər və buradakı yol ötürücüsü yenidən qurulub, ətraf abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, müxtəlif ağac və gül kolları əkilib. Əsaslı şəkildə yenidən qurulmuş bu küçələrin hamısında yeraltı kommunikasiyalar və su xətləri dəyişdirilib, yeni işıqlandırma sistemi qurulub.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol