"Fənərbaxça"dan rəsmi transfer

"Fənərbaxça" klubu növbəti transferini gerçəkləşdirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "sarı-lacivərdli" komanda "Bursaspor"un futbolçusu Volkan Şəni heyətinə qatıb.
Türkiyə millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Bursaspor"un yetirməsi olan Volkan ötən mövsüm keçirdiyi 33 oyunda 12 qol vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər