• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Azərbaycanda internet trafikin həcmi iki dəfədən çox aşağı düşüb

Azərbaycanda internet trafikin həcmi iki dəfədən çox aşağı düşüb
18.08.2015 23:23
Azərbaycanın ilkin provayderi – "Delta Telecom” şirkətinin şəbəkəsi üzrə daxil olan internet trafikin həcmi iyun ayı ilə müqayisədə iyul ayında 58,6 faiz azalıb və 60 qiqabit təşkil edib.
 
Trend xəbər verir ki, bu barədə şirkətin hesabatında məlumat verilir.

Şəbəkənin yüklənmə dinamikası sutkanın saatlarından asılı olaraq dəyişir. Ən böyük yüklənmə - 60-70 qiqabit gecə saatlarına (21:00 – 00:00) təsadüf edir. Səhər saatlarında bu göstərici 5 qiqabitə kimi enir.

"Delta Telecom”-un məlumatına əsasən, iyun ayı ilə müqayisədə iyul ayında çıxan trafikin həcmi 50 faiz aşağı düşərək 10 qiqabit təşkil edib.

Avqustun 15-ə olan məlumata görə, son istifadəçiyə kimi çatdırılan ən böyük internet trafikin həcmi dövlət provayderi "BakinterNet”-in (26,51 faiz) payına düşüb. İkinci yerdə 19,86 faizlə "Aztelekom”, üçüncü yerdə isə 9,5 faizlə "Uninet” gəlir.

Qalan 44,13 faiz aşağıdakı şirkətlər tərəfindən istifadə edilib: AlfaNet", "Azintex", "Eurotelecom", "Smart Systems", "AG Telecom", "Azedunet", "Caspel", "QlobalNet", "Ultel", "Avirtel", "AzStarNet", "Castel", "MegaTelecom", "Azerin", "Stellford", "Nakhchivan", "Azeronline", "Azqtel", "DATAPlus", Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi, "AzEuroTel", "Bakcell", "Eurocel" и "TransEuroCom".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol