Bakının sabahları, romantika və onun həzin sonu - FOTOLAR

"Bakının sabahları", "Bakının axşamları" - bu təbiət hadisələrinə o qədər şeirlər, mahnılar qoşulub ki... Romantik adamlar üçün Bakının axşamları qədər Bakının sabahları da gözəl görsənir. Xüsusən də Dağüstü parkdan üzüaşağı baxdıqda, dolanbac yollarla üzüaşağı endikdə, dənizdən boylanan günəş şüaları altında açılan əsrarəngiz bir mənzərə insanı heyran qoymaya bilmir.
Səhər-səhər paytaxt küçələrində adda-budda şütüyən avtomobillərin səsi belə bu gözəlliyin sükunətini pozmaqda aciz olur, tək-tək küçəyə çıxan adamlar və təzə doğan günəşin şüaları ardında gizlənən insan kölgələri uzundıqca uzanır.
Hər səhər Bakı beləcə Xəzərdən baş qaldıran günəşin əksində yeni həyata başlayır.
Amma... Bəli, hər şey gözəldir, tək axşamdan küçələrdə tökülüb qalan zibillərdən başqa - siqaret qutuları, tum qabıqları, boş su şüşələri və s. Hə, bax, burda romantika başa çatır...
Fərqanə Novruzova
Fotolar müəllifindir


























www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər