• $
  • £

“Whatsapp” istifadəçilərinə xəbərdarlıq

“Whatsapp” istifadəçilərinə xəbərdarlıq
26.08.2015 16:27

Bu cür hallarla qarşılaşdıqda istifadəçilər tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməməlidir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Whatsapp” istifadəçilərinə müraciət edib.
 
ETM-dən  verilən məlumata görə, son günlərdə Azərbaycanın "Whatsapp” istifadəçilərinə xarici ölkələrə məxsus saxta "Whatsapp” hesablarından fırıldaqçı mesajlar gəlməyə başlayıb. "Göndərilən mesajlarda "Whatsapp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!” tipli cümlələr və "Bu mətnə klikləyin” tipli məzmunlar öz əksini tapır”, - deyə məlumatda qeyd olunur.
 
Məlumatda bildirilir ki, istifadəçilərin göndərilən mesaja diqqətini cəlb etmək və etibarını qazanmaq üçün fırıldaqçı tərəf əvvəlcə "WhatsApp” adlı qrup yaradır, qurban istifadəçinin nömrəsini həmin qrupa əlavə edir, daha sonra ardıcıllıqla mesaj, şəkil və "contact” göndərir: "Xüsusilə diqqətinizə çatdıraq ki, "Bu mətnin üzərinə klikləyin adlı” məzmuna kliklədikdə istifadəçi veb brauzerdə ardıcıl olaraq bir neçə veb sayta yönləndirilir, daha sonra nömrəsini daxil etməli olduğu veb səhifə açılır. Bu veb səhifələr müxtəlif görünüşdə qarşınıza çıxa bilər”.
 
ETM-dən bildirirlər ki, istifadəçi öz nömrəsini veb brauzerdə açılan səhifədə qeyd etdikdə o xidmətə qoşulmuş olur və onun nömrə hesabından həm qoşulma üçün, həm də gündəlik olaraq müəyyən miqdarda balans çıxılır. Nəticədə istifadəçilər fırıldaqçılıqla məşğul olan şəxslərin qurbanı olur və xidmət dayandırılanadək gündəlik olaraq müəyyən miqdarda maliyyə itkisi ilə qarşılaşır.
 
Qeyd edək ki, bəzi hallarda istifadəçi veb səhifədə görünən "Davam etmək", "Yükləyin", "Yükləmək", "Download" məzmunlu düymələrə kliklədikdə telefonun SMS pəncərəsi açılır və göndərmək düyməsinə kliklədikdə istifadəçinin nömrəsindən qısa mesaj göndərilir və istifadəçi xidmətə qoşulmuş olur.
 
"Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər. Bura həm mobil nömrə, həm bank kartı məlumatları, həm də digər əhəmiyyətli məlumatlar daxildir. Razılaşmada qeyd olunduğu kimi xidmətə qoşulmuş istifadəçilər "STOP DL" yazıb 6555-ə göndərməklə xidməti dayandıra bilər”,- deyə məlumatda vurğulanıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol