• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

EU TODAY: Müsəlman dünyasında qadın hüquqları

EU TODAY:  Müsəlman dünyasında qadın hüquqları
27.08.2015 18:14
Bir müddət əvvəl ingilis dilli "eutoday.net” internet resursu "Müsəlman dünyasında qadın hüquqları" adlı məqalə dərc edib. Məqalənin müəllifi millət vəkili Ceyhun Osmanlıdır. Onu diqqətinizə təqdim edirik:

ABŞ-da prezidentliyə namizədlərin çıxışlarında işlədilən qalmaqallı ifadələr müzakirələrə səbəb oldu, amma çoxları dünya miqyasında, xüsusilə Müsəlman dünyasında qadın hüquqlarının kobudcasına pozulmasına biganə münasibətlərini davam etdirirlər. 

Zorlama, seksual zorakılıq, İŞİD-in yezidi qadın və qızları kölə halına salması, alıb-satma, qətlə yetirmə kimi dəhşətli cinayətlər artıq pik həddə çatıb. Hətta Malayziya kimi mülayim müsəlman ölkələrində qadınlar qadınlar cəmiyyətin mühafizəkar təbəqlərinin basqısına məruz qalırlar. Hindistanda müsəlman qadınlar şifahi formada deməklə boşanmağa məruz qalırlar, yəni talaqla üzləşirlər. Rusiyanın cənubundakı Çeçen Respublikasında yenicə verilən qərarla qadınlar yalnız qadınlar üçün çimərlikdə istirahət edə biləcəklər.  

Hətta bəzi AB ölkələrində cinslər arasında kəskin qeyri-bərabərsizlik mövcuddur və son 40 il ərzində gender bərabərliyi sahəsində müxtəlif qərarlar verilsə də, bu ölkələrdə hələ də çox az sayda qadın siyasi liderliyə və qərarverici mövqelərə sahibdir. 

Arxa fona baxmayaraq, sekulyarizmin həyata keçməsi və qadın hüquqlarına hörmətin getdikcə daha çox nadir nümunəyə çevrildiyi bir zamanda, digər müsəlman ölkələriylə müqayisədə Azərbaycanın qadın haqları sahəsində çox ciddi irəliləyişə nail olduğunu deməklə, şişirtməyə yol vermərik. 

8 Mart Azərbaycanda rəsmi bayramdır. 

Bəzən kişilər qadınlara – analarına, bacılarına, xanımlarına qayğı və hörmətlərini nümayiş etdirmək üçün bütün ev işlərini öhdələrini götürürlər, onlar qadınlara bütöv günlük istirahət vermək üçün yemək bişirir, qabları yuyur, uşaqlara baxırlar. 

Bu gün kişilər qadınlara sevgisini və minnətdarlığını müxtəlif formalarda ifadə edirlər. 

Əslində, bu bayramın sırf siyasi məqsədlər üçün elan edildiyi məlumdur. Bu gözəl, zərif məxluqlara sevgi, heyranlıq bayramı kimi deyil, mübarizə kimi başlamışdı... qadınlar ailədə və həyatda, o cümlədən seçkidə kişilərlə bərabər hüquqlar qazanmaq istəyirdilər. 

Qadınlar Azərbaucanın tarixində əsrlər boyu çox vacib rol oynayıblar. 

Təsadüfi deyil ki, müsəlman dünyasında demokratik cəmiyyətin fundamenti olan seçki prosesində səsverməni qadınlara ilk tanıyan ölkə Azərbaycan olub. Yalnız Avstriya və Avstraliya qadınlara səsvermə hüququnun verilməsində Azərbaycanı qabaqlamışdılar. 

19-cu əsrdə qadın hüquqları milli təhsildə prioritet məsələ kimi Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundov kimi azərbaycanlı filosoflar tərəfindən qaldırılırdı. 20-ci əsrdə isə Mərziyyə Davudova, Şövkət Məmmədova və Həmidə Cavanşir kimi qadın aktivistlər Azərbaycan mədəniyyətinin çiçəklənməsi üçün mübarizəyə girişmişdilər. Bundan başqa, Uzun Həsənin anası Sara Xatun İslam dünyasında ilk xanım diplomatlardan biri idi. 

1998-ci ildən isə Azərbaycanda Ailə, Qadın və Uşaq məsələləri üzrə komitə fəaliyyət göstərir. 

Hazırda qadınlar ölkənin sosial-siyasi, sosial-iqtsadi, elmi-mədəni və bir çox aspektlərində yaxından iştirak edirlər. 

2014-cü ilin statistikasına görə, qadınlar ölkə əhalisinin 50.3 faizini təşkil edirlər, onların sayı 4,763,600 nəfərdir. 

Azərbaycanda qadınların işlədiyi əsas sahə təhsil sahəsidir. 

Orta məktəblərdə işləyən qadınların faiz göstəricisi 76.2%, peşə məktəblərində 77.5%, ali təhsil istitutlarında isə 47.2%-dir. O cümlədən ölkədə fəaliyyət göstərən həkimlərin 64.4 faizi qadınlardır. 

Qadınlar elm sahəsində də vacib rola sahibdirlər. Aspirantura  namizədlərinin 49.2%-i qadınlar, elmi işçilərin 51.2 faizi yenə qadınlardır. Azərbaycan Milli Elmlər Akademiyasının 11 müxbir üzvünün 3-ü qadındır.  

Xidmət sektorunda çalışan qadınların ümümu sayı 28 faizdir. Sahibkarların 17%-i qadınlardır. 

Təkcə son illərdə Azərbaycan hökuməti qadın hüquqları və gender  bərabərliyi sahəsində müsbət təşəbbüslər irəli sürüb.

Bu təşəbbüslərə gender bərabərliyini inkişaf etdirmək, o cümlədən qadınların sosial-iqtisadi və siyasi həyatdakı inkişafını artırmaq üçün real islahatların həyata keçirilməsi daxildir.  

Qadınların işlə təmin olunması, onların iqtisadi azadlıq qazanması və qanunvericiyə edilən dəyişikliklər yoluyla erkən nigahlarla mübarizənin həyata keçirilməsi, onların dövlət institutlarına, QHT-lərə və dini idarələrə cəlb olunması barədə addımlar atılıb. 

Məişət zoralığıyla mübarizə üçün qanunvericiliyə dəyişikliklər edilib, sığınacaqlar yaradılıb və cəmiyyətdə sayda maarifləndirmə kampaniyaları həyata keçirilib. Yalnış təfəkkürün dəyişməsi üçün çox sayda layihələr, kampaniyalar və təlimləri də misal göstərmək olar. 

Administrativ islahatlara nümunə kimi qadın deputatların mövcudluğunu və qadın liderlərin formalaşması üçün həyata keçirilən təlimləri də sadalamaq olar.
Qeyd etmək yerinə düşər ki, Ermənistanın aqressiv siyasəti ucbatından yüz minlərlə azərbaycanlı qadın əziyyət çəkib: hazırda 300 000 azərbaycanlı qadın qaçqın və məcburi köçkün statusu daşıyır. 

Belə ağrılar hələ də yaddaşlardadır, Azərbaycan dövləti qadınların cəmiyyətdəki rolunu artırmaq üçün lazım olan bütün addımları atır. 

Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarını təkcə ilhamlandırmır, həmçinin onların dövlət idarəçiliyində yaxından cəlb olunmasına rəvac verir. 

O, coşğun qadın hüquqları müdafiəçisidir. Mehriban xanım xeyriyyəçiliyi ilə tanınır, məktəblər inşa edir, insanların xəstəxanalarda müalicəsinə şərait yaradır və mədəni tədbirlərin həyata keçməsində rol oynayır. 

Qərarverici prosesdə, parlament və bələdiyyə idarəçiliyində qadınların yaxından iştirakı əziyyətin hədər getmədiyinin göstəricisidir. 

2013-cü ildə zorakılıq qurbanı olan qadınlar üçün 3 sığınacaq açılıb, 11 regional Ailə Dəstəyi Mərkəzinin yaradılması erkən nigahların qarşısının alınması, natamam ailələrə dəstək və gender bərabərliyinin formalaşmasına böyük töhvə verir. 

2014-cü ildə 7 qeyri-hökumət Dəstək Mərkəzi məişət zorakılığı qurbanı olan qadınlara sosial yardım verir. Azərbaycanda qadınlara qarşı məişət zorakılığının qarşısını almaq üçün onlayn xidmət fəaliyyət göstərir, xidmət məlumat bazasını və analiz qabiliyyətini artırmaq üçün səylərini artırır. 

2014-cü ilin göstəricisinə görə qadınlar arasında yoxsulluq səviyyəsi 49 faizdən 5.9 faizə enib və qaçqın və məcburi köçkün, xüsusilə aqrar sahədə qadın əməyinin yaxşılaşdırılması üçün və qadın sahibkarların vəsaitlə təmin olunması üçün ölçülər götürülüb. 

Qadın rifahının formalaşmasında təhsil açar rol oynayır, xüsusilə aqrar bölgələrdə yaşayanlar üçün. Buna görə də dövlət təhsil büdcəsini 3 dəfə artırmaqla, 1.5 milyar dollara çatdırıb və gender bərabərliyi litsey və universitet tədris planına salınıb. 

Dövlət həmçinin stereotiplərin aradan qaldırılması, qadınların siyasi və ictimai həyatda fəal iştirakını təşviq etmək üçün, xüsusilə aqrar bölgələrdə QHT-lərlə əməkdaşlıq edir, yeri gəlmişkən, Azərbaycanın hakim partiyasın YAP-ın üzvlərinin 46 faizi qadınlardır. Statistikaya görə,  bələdiyyə seçkilərində iştirak edən qadınların sayı 2004-cü ildə 4 faiz idisə, 2014-cü ildə 35 faiz olub. 

Öz növbəsində QHT-lərə dövlət yardım şurası hər il gender hüquqlarının dəstəklənməsi, insan alveri, məcburi əməyə qarşı və qadınlarla bağlı mövzulara dair 50 layihə elanı verir.

Mən realistəm, ona görə də bundan sonra da proseslər davam etdirilməlidir. 

Qlobal iqtisadi böhrana, dünyada münaqişələrin davam etməsinə və atəşkəs sazişlərinin pozulmasına, çox saylı qurbanların mövcud olmasına baxmayaraq, Azərbaycan ölkə həyatında qadınların şəraitinin yaxşılaşdırılması üçün səylərini davam etdirəcək. 

Azərbaycan qadın hüquqları və azadlıqlarının qorunduğu modern, sekulyar ölkədir və Şərq Tərəfdaşlığı proqramına daxil olan digər ölkələrlə öz təcrübəsini paylaşmağa hazırdır. 

Azərbaycan parlamentinin deputatı Ceyhun Osmanlı

İngiliscədən tərcümə etdi: Emin



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda baş verən güclü zəlzələlər – TARİX
22:09
Azərbaycanda baş verən güclü zəlzələlər – TARİX
Fransız bayrağını söyənlər - YAZI
18:10
Fransız bayrağını söyənlər - YAZI
Müsəlmanın günahı nədir? - YAZI
12:16
Müsəlmanın günahı nədir? - YAZI
Xırda addımlarla böyük məqsədlərə doğru – MÜSAHİBƏ
19:00
Xırda addımlarla böyük məqsədlərə doğruMÜSAHİBƏ
Doğmalar arasında yad - YAZI
15:13
Doğmalar arasında yad - YAZI
Bu adamlar gec qocalırlar
17:22
Bu adamlar gec qocalırlar
KİV nümayəndələri Təhsil Nazirliyinin media ilə işləmək strategiyasını müzakirə etdi
12:04
KİV nümayəndələri Təhsil Nazirliyinin media ilə işləmək strategiyasını müzakirə etdi
Azərbaycan ali məktəblərində axşam şöbələri yaradıla bilər - TƏKLİF
10:35
Azərbaycan ali məktəblərində axşam şöbələri yaradıla bilər - TƏKLİF
Fərd olmaq haqqında - YAZI
17:30
Fərd olmaq haqqında - YAZI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol