• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

BƏT Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni sənədlərin imzalanmasında maraqlıdır

BƏT Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni sənədlərin imzalanmasında maraqlıdır
01.09.2015 09:28

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Subregional Bürosunun direktoru Dmitrina Dimitrova ilə görüşüb.Görüş zamanı gələcəkdə  hər iki təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsinin önəminə xüsusi diqqət çəkilib və bu istiqamətdə geniş  müzakirələr aparılıb.
 
Həyata keçirilən irimiqyaslı layihələr haqqında ətraflı məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd Musayev bildirib ki, icra edilən sosial-iqtisadi islahatlar nəticəsində ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaranıb: "Əlverişli biznes və investisiya mühitinin formalaşmasının real nəticəsi olaraq ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. Son illərdə Azərbaycanda yeni iş yerləri açılıb, sahibkarlara dövlət qayğısı artıb, əhalinin maddi rifah halı xeyli yaxşılaşıb”.
 
 
M.Musayev onu da qeyd edib  ki, konfederasiyanın iş planına uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq daim gücləndirilir. Xüsusilə də Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq konfederasiya üçün olduqca əhəmiyyətlidir. Bu günədək birgə tədbirlər həyata keçirilib, növbəti layihələrdə də konfederasiya yaxından iştirak edəcək.
 
 
ASK rəhbəri həmçinin ölkəmizdə gənclərin məşğulluğu istiqamətində görülən işlərdən də söhbət açıb.
 
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Subregional Bürosunun direktoru Dmitrina Dimitrovada öz növbəsində qeyd etmişdir ki,ölkəmizə səfərinin əsas məqsədi ikitərəf arasında növbəti illər üçün əməkdaşlıq strategiyasının formalaşdırılmasını müzakirə etməkdir.  Dmitrina Dimitrova mütəxəssislər tərəfindən hazırlanacaq yeni fəaliyyət istiqamətlərini formalaşdırmaq üçün Azərbaycan Sahibkarlar Konfederasiyası ilə sıx əməkdaşlıq etməyin önəmindən bəhs etmişdir.O bildirib ki, hazırlanacaq sənəddə növbəti 4 il ərzində birgə həyata keçiriləcək hədəflər müəyyən edilməlidir. Bu istiqamətdə lazım gəlsə Beynəlxalq Əmək Təşkilatının ekspertlərinin təcrübəsindən yararlanmağı tövsiyyə edən qonaq gələcəkdə bunun daha səmərəli işbirliyinə səbəb olacağını da istisna etməyib. Beynəlxalq Əmək Təşkilatı Azərbaycanla, xüsusilə də Azərbaycan Sahibkarlar Konfederasiyası ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu dilə gətirib.
 
 
D. Dimitrova Azərbaycanın sürətli inkişafını və müxtəlif sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirib. ASK ilə əməkdaşlıq əlaqələrindən razı qaldığını dilə gətirən D. Dimitrova, bu əlaqələrin gələcəkdə daha da inkişafına zərurət yarandığını bildirib.
 
 
Görüşdə həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Beynəlxalq Əmək Təşkilatı arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol