• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev “Petronas” şirkətinin rəhbəri ilə görüşüb

İlham Əliyev “Petronas” şirkətinin rəhbəri ilə görüşüb
03.09.2015 16:56
Prezident İlham Əliyev "Petronas” şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"APA-Economics”in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Petronas” şirkətinin ölkəmizin enerji sektorunda iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Petronas” şirkəti arasında sıx əməkdaşlığın Azərbaycan-Malayziya ikitərəfli əlaqələrinin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlərin fəal mərhələdə olduğunu vurğulayan prezident İlham Əliyev əlaqələrimizin müxtəlif sahələrində, xüsusilə neft və qaz sektorunda əməkdaşlıq üçün böyük potensialın və yaxşı perspektivli təşəbbüslərin mövcud olduğunu diqqətə çatdırın. "Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan dövlət başçısı əməkdaşlığın yeni formatının müəyyən edilməsi ilə bağlı aparılan müzakirələrin önəmini qeyd edərək bu müzakirələrin yeni imkanlar açacağını deyib və bunun üçün səyləri artırmağın zəruriliyini bildirib.

Prezident SOCAR-la "Petronas” şirkətinin birgə fəaliyyətinin biznes sahəsində əməkdaşlıq üçün daha yaxşı imkanlar açacağını vurğulayıb. Azərbaycan ilə Malayziya arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu münasibətlərin SOCAR-la "Petronas” şirkəti arasında əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını bildirib.

Dövlət başçısı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün fəal əməkdaşlığın zəruri olduğunu qeyd edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol