• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Avropa İttifaqının səfiri: "Biz Azərbaycanı mühüm tərəfdaş kimi görürük"

Avropa İttifaqının səfiri:
16.09.2015 11:25
"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Avropa İttifaqının paytaxtında öyrənilir, amma müzakirələr zamanı Avropa İttifaqının komissarı aydın şəkildə bildirib ki, biz Azərbaycanı mühüm bir tərəfdaş kimi görürük".

"Report" xəbər verir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh edən Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, qətnamənin qəbulu Azərbaycanda böyük rezonans doğurub və bundan sonra Avropa İttifaqı Avropa Parlamenti haqqında mənfi fikirlər səslənməsinin şahidi olub: "Amma mən əminəm ki, gündəlikdəki məsələləri həll etmək üçün dialoq yolu da mövcuddur".

Avropa Parlamentinin qəbul etdiyi qətnamənin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji layihələrinə göstərə biləcəyi təsirlərdən danışan M.Mard bildirib ki, bununla bağlı Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçin açıqlamasını diqqətə çatdırıb: "Maroş Şevçoviç aydın şəkildə deyib ki, Azərbaycan enerji sahəsində çox mühüm tərəfdaşdır və gələcəkdə də belə olacaq. Bizim enerji sahəsində əməkdaşlığımız Avropa İttifaqı üçün mühüm xarakter daşıyır və uzunmüddətli perspektivdə hər hansı bir dəyişikliyin olacağını düşünmürəm".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Dünya 00:04
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Dünya 23:19
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Dünya 21:39
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol