• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“ASAN xidmət”ə qəbulla bağlı imtahanlar başladı

“ASAN xidmət”ə qəbulla bağlı imtahanlar başladı
16.09.2015 11:48
"ASAN xidmət”ə qəbulla bağlı test imtahanları başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə bildiriblər ki, bu gün Komissiya tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN xidmət) inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanları başlayıb. "ASAN xidmət” üzrə elan edilmiş müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 781 nəfər namizədlə 4 gün ərzində test imtahanları keçiriləcək. Test imtahanı qrafiki Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdiriləcək.

İstənilən şəxs Komissiyanın rəsmi internet saytı vasitəsi ilə test imtahanlarının gedişini onlayn izləyə bilərlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakıda atəşfəşanlıq olacaq
Cəmiyyət 10:57
Sabah Bakıda atəşfəşanlıq olacaq
Masallıda kanaldan meyit tapılıb
Cəmiyyət 10:24
Masallıda kanaldan meyit tapılıb
Səhiyyə Nazirliyindən çağırış:gigiyenik qaydalara ciddi riayət edin!
Cəmiyyət 10:00
Səhiyyə Nazirliyindən çağırış:gigiyenik qaydalara ciddi riayət edin!
Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:51
Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb
Cəmiyyət 09:42
Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Cəmiyyət 23:21
Prezident Ağ şəhərlə bağlı paylaşım edib - Video
Xankəndidə bayram konserti keçirilib
Cəmiyyət 21:30
Xankəndidə bayram konserti keçirilib
Masazırda ev yanıb - Yenilənib
Cəmiyyət 20:02
Masazırda ev yanıb - Yenilənib
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Cəmiyyət 18:56
Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol