• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bakı Yay Olimpiya oyunlarından imtina etdi

Bakı Yay Olimpiya oyunlarından imtina etdi
17.09.2015 00:06
Bakı 2024-cü ildə keçiriləcək XXXIII Yay Olimpiya oyunlarına ev sahibliyi etmək fikrində deyil.

ANS PRESS-in məlumatına görə bu gün oyunların keçirilməsi üçün müraciət ərizələrinin qəbulu sona çatıb və artıq namizəd-şəhərlərin adı bəllidir. Bakının adı həmin şəhərlər arasında yoxdur.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Baxın sözlərinə görə İlk Avropa Oyunlarına ev sahibliyi edən Bakı qurumla danışıqlar apardıqdan sonra öz şansını 2028-ci ildə sınamağa qərar verib.

Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə ölkədə kifayət gədər Beynəlxalq idman tədbirlərinin keçirilməsi nəzərdə tutulduğundan 2024- cü il Yay Olimpiya oyunlarında Bakı öz namizədliyini irəli sürməyib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə qərar düşünülmüş şəkildə verilib.

"Hal-Hazırda "Rio-2016" Yay olimpiadasına ciddi hazırlıqlar gedir, bundan əlavə Bakıda yaxın gələcəkdə bir sıra Beynəlxalq idman tədbirlərinin baş tutacağını və iş qrafikinin sıx olduğunu nəzərə alaraq bu il namizədliyimizi irəli sürməmək qərarı verilib”.

Bakıda

2016-cı ilin sentyabrında Ümumdünya Şahmat Kuboku;
2016-cı ilin iyulunda "Formula - 1" yarışmalarının Qran-Pri mərhələsi;
2017-ci ildə 4-cü İslam Həmrəylik oyunları;
2020-ci ildə Futbol üzrə Avropa çempionatının final mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Bununla da 2024-ci ildə keçiriləcək Olimpiya oyunlarını ölkəsində qəbul etmək üçün 5 şəhər mübarizəyə başlayır. Namizədlər siyahısına Paris , Roma , Budapeşt , Los-anceles və Hamburq şəhərləri daxildir. 4 Avropa şəhərinin oyunları yenidən öz qitəsinə qaytarmağa çalışdığı bir vaxtda, ABŞ-ın Los – Anceles şəhəri də 3-cü dəfə Olimpiya oyunlarına ev sahibliyi etmək üçün əlindən gələni etməyə çalışacaq.

Tomas Baxın sözlərinə görə 2022-ci ildə keçiriləcək Qış Olimpiya sadəcə iki ölkə - Çin və Qazaxıstanın namizəd qismində qatılmasında sonra, 5 namizədin Yay oyunlarına maraq göstərməsi sevindirici haldır. Bax bunun olimpiya oyunlarının imicinə müsbət təsir edəcəyini düşünür. Onun sözlərinə görə son illər dünya bu oyunlara maliyyə vəsaitlərinin hədər yerə sərf edilməsi kimi baxır.

Doğurdan da son illər Olimpiadaya ev sahiblik etmək istəyən namizəd-ölkələr sayında azalma müşahid olunur. 2012-ci ildə Yay oyunlarını öz ölkəsinə gətirmək istəyənlərin sayı 5, 2016-cı il üçün 4, 2020 –ci il üçün isə 3 olub. Bu tendensiyanı dünyada hökm sürən iqtisadi böhran bəzi ölkərin Olimpiya oyunlarından sonra düşdüyü çətin maliyyə vəziyyəti ilə izah etmək olar.

Beynəlxalq Olimpiya Komitəsi yarışların keçirilməsinə namizəd olan şəhərlərin yekun sayını 2016-cı ilin aprel-may aylarında təsdiqləyəcək. Oyunların keçiriləcəyi yer barədə qərarı isə Komitə 2017-ci ildə verəcək. Olimpiada-2024-ün təşkilat komitəsi üçün 1,7 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol