• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“Avropa Parlamentinin qətnaməsini yersiz və səmərəsiz hesab edirəm”

“Avropa Parlamentinin qətnaməsini yersiz və səmərəsiz hesab edirəm”
17.09.2015 22:50
Alyansın prezidenti Jan Zaharadil BAXCP sədri Qüdrət Həsənquliyevə məktub göndərib

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European Conservatives and Reformists - AECR) Avropa Parlamentinin qəbul etdiyi son qətnamə ilə bağlı Azərbaycana dəstəyini ifadə edib.
 
Avropa Parlamentində deputatlarının sayına görə üçüncü yerdə olan Alyansın prezidenti Jan Zaharadil qurumun üzvlüyünə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevə bununla bağlı məktub göndərib.
 
Q. Həsənquliyevin APA-ya verdiyi məlumata görə, J. Zaharadil məktubunda qeyd edib: " Mən, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AMİA) prezident kimi hesab edirəm ki, Avropa İttifaqının milli dövlətçilik məsələlərinə müdaxilələri çox məhdud olmalıdır. Qəbul edilmiş qətnaməni yersiz və səmərəsiz hesab edirəm. Ona görə də sizə məlumat vermək istəyirəm ki, Çexiya nümayəndə heyəti, həmçinin Vətəndaş Demokratik Partiyası (DMV) bu qətnamənin əleyhinə səs verib. Mən belə bir qətnamənin qəbul edilməsinə görə təəssüf edirəm və bu qətnaməni faydalı hesab etmirəm”.
 
J. Zaharadil bir daha vurğulayıb ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası  arasında tərəfdaşlığın və əməkdaşlığın gücləndiriləcəyinə də ümid edir.
 
BAXCP sədri qeyd edib ki, o, cavab məktubunda Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirdiyi üçün J. Zaharadilə təşəkkürünü bildirib.
 
Xatırladaq ki, bu ilin may ayında Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının  Londonda keçirilmiş illik konqresində BAXCP-nin bu qurumun üzvlüyünə namizədliyi qəbul olundu. Bu il noyabrın 14-də isə Tunisdə keçiriləcək toplantıda partiyanın quruma üzv olması məsələsinə baxılacaq.
 
Qeyd edək ki, Avropa Parlamentində deputatlarının sayına görə üçüncü yerdə olan Alyans Avropa siyasi partiyalarının ən böyük və nüfuzlu ittifaqlarından biridir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol